“Gəncə” Yunanıstan klubuna məğlub olub
“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ikinci məğlubiyyətini alıb.
QELEBE.AZ xəbər verir ki, Martin Knejeviçin baş məşqçisi olduğu komanda turnirin ikinci turunda Yunanıstan təmsilçisi “Kolossos”u qəbul edib.
Gəncə İdman Sarayında keçirilən qarşılaşma qonaqların 80:62 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Gəncə” ilk turda səfərdə Türkiyənin “Esenler Erokspor” komandasına 63:92 hesabı ilə uduzub.

https://mail.qelebe.az//uploads/photo/gence-yunanistan-klubuna-meglub-olub.webp