Cüdoçularımızdan Asiya Açıq Turnirinin ilk günündə 8 medal
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turnirinə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Nazir Talıbov (-66 kq), Kamran Süleymanov (-73 kq), Fəridə Mirzəyeva (-52 kq) və Ülviyyə Bayramova (-57 kq) finala yüksələrək gümüş medallara sahib olublar.
Rəşad Yelkiyev (-66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi -73 kq), eləcə də Gülnarə Bayramova (-57 kq) isə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, iki gün davam edəcək Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.

https://mail.qelebe.az//uploads/photo/cudochularimizdan-asiya-achiq-turnirinin-ilk-gununde-8-medal.webp