ABF prezidentinin müşaviri: “Hakimlərin ədalətsizliyi olmasaydı, daha çox medal qazanardıq”

ABF prezidentinin müşaviri: “Hakimlərin ədalətsizliyi olmasaydı, daha çox medal qazanardıq”

“Hakimlərin ədalətsizliyi olmasaydı, daha çox medal qazanardıq və bunun əyarı da yüksək olardı”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasında (ABF) prezidentin müşaviri Samir Hüseynov Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatındakı çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi mundialdan iki medalla dönməyi yüksək nəticə adlandırıb: “İdmançılarımız öz güclərini göstərdilər, inamlı qələbələr qazandılar. Düşünürəm ki, həm idmançıların, həm də məşqçilərin zəhməti boşa getmədi. Bunun ardı gələcək”.

S.Hüseynov 21 iyun – 2 iyul tarixlərində Polşada keçiriləcək Avropa Oyunlarının Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq baxımından çox əhəmiyyətli olduğunu bildirib: “Dünya çempionatındakı bütün döyüşləri, idmançılarımızın güclü və zəif cəhətlərini təhlil edəcəyik. Avropa Oyunlarında həm kişi, həm də qadın boksçularımız mövcud olan bütün çəki kateqoriyaları üzrə iştirak edəcəklər. Olimpiadaya lisenziyalar qazanmaq üçün böyük şanslarımız olacaq”.

Millinin böyük məşqçisi Nəriman Abdullayev dünya çempionatında üç ölkənin boksçularını xüsusi fərqləndirib: “Bəzi ölkələrin idmançıları olmasa da, çox çətin yarış keçdi. Güclü boksçular mübarizə aparırdılar. Özbəkistan, Qazaxıstan və Kuba idmançıları çox yaxşı çıxış etdilər. Döyüşlərin əksəriyyətində tam üstünlüklə qalib gəlirdilər”.

N.Abdullayev də hakim haqsızlığından şikayətlənib: “Bir neçə döyüşdə problemlə üzləşdik, hakimlərin səhvi oldu. Təəssüf ki, qızıl medal qazana bilmədik. Şanslarımız böyük idi. Hakimlər arasında o qədər dəyişikliklər olur, yeniliklər edilir ki, bəzi döyüşlərdə üstünlük bizə verilmişdi. Yarış vaxtı iki münsif əyləşir. Əlavə hakimlər isə nəticəni dəyişə bilərlər. Məsələn, Nicat Hüseynovun döyüşündə qələbəni ona vermişdilər. Sadəcə, həmin iki hakim qərarı dəyişdi”.

Böyük məşqçi bundan sonrakı hədəflərinin Avropa Oyunlarında uğurlu çıxış olduğunu söyləyib: “Qarşıda bizi Avropa Oyunları gözləyir. Vaxt da çox az qalıb. Ümid edirəm ki, Avropa Oyunlarında komandamız daha uğurlu çıxış edəcək”.

Dünya çempionatında +92 kq çəki dərəcəsində bürünc medal qazanan Məhəmməd Abdullayev də olimpiadaya lisenziya qazanmaq üçün Avropa Oyunlarının onun üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Yarımfinalda kubalı idmançıya məğlub olaraq, finala çıxa bilmədim. Bu bürüncü gələcəkdə qızıla çevirməyə çalışacağam. Bundan sonrakı hədəf Avropa Oyunlarında finala yüksəlməkdir. Mənim çəkimdə ancaq finala çıxacağım təqdirdə, olimpiadaya lisenziya qazana bilərəm. Paris-2024-ə qatılmaq və orada ən yüksək nəticəni göstərmək istəyirəm”.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan millisinin heyətində Alfonso Dominqes (86 kq) gümüş, Məhəmməd Abdullayev isə bürünc medal qazanıb.

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Fərdi
Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Nazir Bakının kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinə baxış keçirib

Fərdi
Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Fərdi
Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat olub

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb