Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023" sona yaxınlaşır - FOTO

Bakıda keçirilən atıcılıq üzrə "Dünya Kuboku 2023" sona yaxınlaşır - FOTO

Bu gün atıcılıq üzrə “Dünya Kuboku 2023”də iki növdə mükafatçılar bəlli olub.

APA xəbər verir ki, kişilər arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atış yarışlarında 8 idmançının çıxış etdiyi final mərhələsində 3-cü yeri çexiyalı Petr Nimburski tutub. O, 453.5 xal toplayıb.

İkinci yeri Ukrayna təmsilçisi Serhiy Kuliş qazanıb. Kuliş ümumilikdə 465.5 xalla gümüş medala sahib çıxıb.Digər Çexiya təmsilçisi Jiri Privratski isə 466.1 xalla bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə finalda üçüncü yeri almaniyalı Doren Vennekamp tutub. O, mərhələni 30 xalla başa vurub.
Gümüş medalı İran təmsilçisi Haniyə Rostamiyan əldə edib. O, 33 xal qazanıb.
Yarışın qalibi isə Çin idmançısı Sixuan Fen olub. 38 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda qızıl medal qazanan Çin atleti Feng Sixuan deyib ki, burada birinci, kariyerası ərzində ikinci qızıl medalıdır: "Avqustda Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəyimə inanıram. Ümid edirəm ki, həmin yarışda da burada qızıl medal qazanacağam”.

Qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş üzrə yarışda gümüş medal qazanan İran atleti Haniye Rostamiya isə qeyd edib ki, bu onun Azərbaycana beşinci səfəridir: "Üç dəfə Bakıda yarışmışam, iki dəfə Qəbələdə. Bakıda atletlər üçün çox yaxşı şərait yaradılıb. Yarışın təşkili də yüksək səviyyədədir. Hər dəfə Azərbaycana gələndə uğurlu nəticələr əldə edirəm. 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olmuşdum. Bu dəfə gümüş medal qazanmağım xoş oldu. Ümid edirəm ki, avqustda Azərbaycanda təşkil olunacaq dünya çempionatına qatılıb özüm üçün yeni uğura imza atacağam”.

Digər növlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Digər növlər
Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Taekvondoçularımızdan uğurlu start - 1 qızıl və 1 gümüş medal

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Atıcımız Ruslan Lunyov Avropa çempionu olub

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Nazir idmançılara pul mükafatlarının mərhələli şəkildə verilməsi ilə bağlı narazılıqlara cavab verib

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir - FOTO - VİDEO

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Azərbaycan dünya ölkələrinin qlobal idman reytinqində 43 pillə irəliləyib

Digər növlər
Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Azərbaycan antidopinq sahəsində standartların müəyyənləşməsinə rəhbərlik edir

Digər növlər
BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

BŞH “Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama yayıb

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb