Azərbaycan millisi Çili ilə bacarmadı - YENİLƏNİB
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.
QELEBE.AZ xəbər verir ki, komanda C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə nəticələnib - 1:3.
U-15 növbəti mərhələdə Cəbəllütariq millisi ilə üz-üzə gələcək. Komanda 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.
Azərbaycan - Cəbəllütariq görüşü bu gün, saat 18:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-millisi-chili-ile-bacarmadi-yenilenib.webp