Taleh Məmmədov: “İrəvanda Azərbaycan bayrağının yandırılması güləşçilər üçün ikiqat məsuliyyət oldu”

Taleh Məmmədov: “İrəvanda Azərbaycan bayrağının yandırılması güləşçilər üçün ikiqat məsuliyyət oldu”

İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması güləşçilərimiz üçün ikiqat məsuliyyət oldu və komandanın əhvali-ruhiyyəsinə, müsbət təsir etdi, idmançıları daha da ruhlandırdı.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Avropa çempionatında gümüş medal qazandıqdan sonra Vətənə qayıdan Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Mükafatçısı olduğu Avropa çempionatının yarımfinal mərhələsində erməni güləşçi ilə görüşünə toxunan idmançı ona qarşı xüsusi taktika işlətdiyini söyləyib:

“Erməni ilə artıq dördüncü dəfədir qarşılaşıram. Özüm elə taktika seçdim ki, birinci seti aşağıda oturum, ikinci setdə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim, rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam. Bilirdi ki, bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd edəsi oldum. Belə oldu ki, başqa fənd üzərində işləmişdim, o fəndi icra edib qələbə çalaraq finala vəsiqə qazandım”.

T. Məmmədov karyerasının başa vurmaq niyyətində olduğunu də vurğulayıb:

“İrəlidəki dünya çempionatında isə qızıl medal qazanaraq karyeramı başa vurmaq istəyirəm”.

Eyni zamanda, İrəvanda Azərbaycan bayrağının yandırılmasına münasibət bildirən idmançı bunun komandanın əhvali-ruhiyyəsinə müsbət təsir etdiyini, güləşçiləri daha da ruhlandırdığını vurğulayıb: “Bu bizim üçün həm də ikiqat məsuliyyət idi. Biz onları udub sübut etmək istəyirdik ki, mübarizə belə olur”.

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək