MINEPS VII-yə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib

MINEPS VII-yə hazırlıqla bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib

Bu il iyunun 26-dan 29-dək Bakıda keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS VII) hazırlıqla bağlı bu gün Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Gənclər və İdman Nazirliyindən “QELEBE.AZ”a verilən məlumata görə, Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyəti barədə məlumat verib.

O bildirib ki, 150-dən çox ölkənin idman nazirləri səviyyəsində iştirak edəcəyi MINEPS VII YUNESKO-nun idman sahəsi ilə bağlı beynəlxalq konfransıdır.

Martda YUNESKO-nun Parisdəki qərargahında 100-dək ölkənin iştirakı ilə ilk təqdimatın baş tutduğunu xatırladan nazir əlavə edib ki, hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsi nəzdində işçi qrup fəaliyyət göstərir və tədbirin yüksək səviyyədə təşkili üçün bütün məsələlər müvafiq sahələrə məsul qurumlarla koordinasiya olunur.

İclasda MINEPS VII-yə hazırlıq işləri barədə təqdimat dinlənilib və Təşkilat Komitəsinin üzvü olan aidiyyəti qurumların təmsilçiləri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev martın 11-də “Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) 2023-cü ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

Fərdi
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Fərdi
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Rauf Məmmədov: "Vüqar Həşimov Memorialı-2022" maraqlı idman mübarizəsi vəd edir"

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub