“Qarabağ” Azərbaycan çempionatları tarixinin mütləq rekordçusu ola bilər - ARAŞDIRMA

“Qarabağ” Azərbaycan çempionatları tarixinin mütləq rekordçusu ola bilər - ARAŞDIRMA

“Qarabağ” Azərbaycan çempionatlarında daha bir rekorda imza atmağa yaxındır.

“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi bir mövsümdə ən çox xal toplamaqla, tarixə düşə bilər.

Premyer Liqada 2022/2023 mövsümünün sonuna 7 tur qalmış Qurban Qurbanovun kollektivinin aktivində 77 xal var. Bu, çempionatlar tarixinin ən yaxşı üçüncü göstəricisidir.

“Qarabağ” daha 1 xal toplayacağı təqdirdə, 2004/2005 mövsümündəki 78 xallıq nəticəni təkrarlayacaq. Həmin vaxt “Neftçi” və “Xəzər Lənkəran” eyni sayda xal toplamış və qızıl medalın taleyinə əlavə matçda aydınlıq gəlmişdi. “Qızıl oyun”dakı qələbəyə görə, “Neftçi”nin hesabına 3 xal əlavə edilmədiyindən, bakılılar 78 xalda qalmışdılar.

“Qarabağ”ı ümumi rekorddan 7 xal ayırır. Bir mövsümdə ən çox xal toplayan komada da məhz “köhlən atlar”dır. Bu komanda 2015/2016 mövsümünü 84 xalla çempion kimi tamamlayıb. Mövsümün sonuna hələ 7 turun qaldığını nəzərə alsaq, Qurban Qurbanovun və kollektivinin özünə məxsus olan rekordu yeniləməsi real görünür.

“Qarabağ”ın qələbəyə görə 3 xalın verildiyi və xalların silinmədiyi mövsümlər üzrə ən yaxşı nəticəsi 2015/2016 mövsümü olsa da, əslində, Azərbaycan çempionatında daha iki parlaq göstərici olub.

1998/1999 mövsümü iki mərhələdən ibarət keçirilib. “Kəpəz” I mərhələdə 58 xal toplasa da, final mərhələsində komandalar hər şeyə sıfırdan başlamalı olublar. Çempionluğu əldə edən Gəncə təmsilçisi yekun cədvəldə 25 xala sahib olub. “Kəpəz” həmin mövsüm ümumilikdə 83 xal toplasa da, reqlamentə əsasən, xallar üst-üstə toplanmayıb.

1992 mövsümünü isə “Neftçi” 62 xalla tamamlayıb. Lakin 31 il əvvəl çempionat fərqli formatda keçirilib, hər qələbə üçün 2 xal hesablanıb. İlk müstəqil mövsüm indiki qaydalarla keçirilsəydi, “ağ-qaralar”ın xalı 92 olardı. Ancaq format və əsasnamənin fərqli olması nəticənin mütləq rekord kimi sayılmasına imkan vermir.

Əksər mövsümlərdə komanda sayının az olması da xal hesabına təsirsiz ötüşməyib. Məsələn, 1997/1998 mövsümünü məğlubiyyətsiz çempion kimi başa vuran “Kəpəz” 26 turda 70 xal toplayıb. Həmin vaxt oyun sayı indiki ilə eyni olsaydı, gəncəlilərin 100 xal toplamaq şansları olardı.

Qeyd edək ki, cari mövsümün lideri olan “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ı 12 xal qabaqlayır.

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub

Futbol
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq

Şahin Diniyev Mahmud Qurbanovun qərarını ləğv edib: 3 futbolçu “Səbail”də qalacaq

Futbol
Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı 4 cavabsız qolla məğlub edib

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

İlin ən yaxşı qadın futbolçusu müəyyənləşib

Futbol
DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Polşa millisinin yekun heyəti açıqlanıb

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb