Oksana Məmmədyarova: "Karyeramı xatırlamaq üçün bütöv bir kitab kifayət etməz" - MÜSAHİBƏ

Oksana Məmmədyarova: "Karyeramı xatırlamaq üçün bütöv bir kitab kifayət etməz" - MÜSAHİBƏ

Aprelin 6-də Azərbaycan voleybolunun tanınmış siması, milli komandanın və "Azərreyl" klubunun sabiq hücumçusu Oksana Məmmədyarova 45 yaşını tamamlayıb. Voleybol azarkeşlərinin sevimlisi olan sabiq "10 nömrə" dünya və Avropa çempionatlarında, müxtəlif yarışlarda yığmanın, "Azərreyl"in və "Lokomotiv"in uğurlu çıxışlarında, qazandığı nailiyyətlərdə mühüm pay sahibi olub.

Məmmədyarova əzmkarlığı və peşəkarlığı ilə hər bir gənc idmançı üçün əsl nümunədir. O, bu gün də gənclərə dəstək olur, yetirmələrinə voleybolu yüksək səviyyədə öyrədir.

Veteran voleybolçu "QELEBE.AZ"a blits-müsahibəsində həm şəxsi həyatı, həm də idmançı karyerası ilə bağlı bir sıra məqamlara toxunub.

- Ötən gün 45 yaşınız tamam oldu. Əvvəlcə yubiley münasibətilə sizi təbrik edirəm. Doğum gününüzü necə qeyd edirsiniz?
- Təbrikə görə təşəkkür edirəm. Mənim üçün doğum günüm ilin ən gözəl bayramıdır. Ad günümü hər zaman dostlarım və qohumlarımla birlikdə qeyd edirəm.

- Yəqin ki, xanım olaraq, hədiyyə qəbul etməyi xoşlayırsınız. İndiyədək aldığınız ən dəyərli ad günü hədiyyəsi nə olub?
- Hər qadın hədiyyə almağı sevir. Mənim üçün bütün hədiyyələr dəyərlidir. Çünki onları yaxın və sevdiyim insanlardan alıram.

- Keçmiş idmançı olaraq, 45 yaş sizin üçün nə deməkdir?
- 45 yaşımı tamamlamaq həyatımın ən yaxşı mərhələlərindən biridir.

- Əsri yarılamağınıza az qalıb. Qocalmaqdan qorxmursunuz?
- Hər insan qocalır, bundan qorxmaq lazım deyil.

- Geriyə dönüb baxanda idmançı karyeranızı necə xatırlayırsınız?
- Karyeramı xatırlamaq, təsvir etmək üçün bütöv bir kitab kifayət etməz.

- Meydanda "10" nömrə olmusunuz. Bu nömrə altında çıxış edən oyunçular adətən pleymeyker funksiyasını yerinə yetirirlər. Bəs həyatdakı mövqeyinizi hansı rəqəmlə ifadə edərdiniz?
- "6" nömrə. Çünki aprelin 6-da dünyaya gəlmişəm.

- Voleybolla bağlı elə bir qərarınız, seçiminiz olubmu ki, hələ də heyfsilənirsiniz?
- Voleybol mənim üçün hər zaman birinci olduğundan heç nəyə görə peşmanlıq hissi keçirməmişəm.

- Hazırda nə işlə məşğul olursunuz?
- "Azərreyl"in gənclər komandasında məşqçi kimi çalışıram.

- Azərbaycan voleybolunun indiki səviyyəsi əvvəlki illərlə müqayisədə elə də yaxşı deyil. Sizcə, problem nədədir?
- Düşünürəm ki, burada bir neçə səbəb var. Bunlardan biri pandemiya oldu. İki ilə yaxın məşq və yarışlar olmadı. Milli komandalarımıza gəlincə, gənc oyunçularımız var. İnanıram ki, onlar yaxın zamanlarda yığmanın şərəfini daha yaxşı formada qoruyacaqlar.

- Voleybolçu kimi kifayət qədər ciddi uğurlar qazanmısınız. Məşqçi kimi hədəfləriniz nədən ibarətdir?
- Məqsədim gəncləri maarifləndirmək, bilik və bacarıqlarımı onlara ötürməkdir.

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Azərbaycan Basketbol Liqasında VIII tura start verilib

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Finlandiya millisinin aparıcı üzvü dünya çempionatı oyununu toya görə buraxıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Azərbaycanın həndbol yığması Böyük Britaniyaya uduzub

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq

"ABU Arena" yaxın günlərdə yeni adla fəaliyyətə başlayacaq