Qurban Qurbanov: "Ən vacib amil "Qalatasaray"la görüşün mahiyyətidir"

Qurban Qurbanov: "Ən vacib amil "Qalatasaray"la görüşün mahiyyətidir"

"Ən vacib amil görüşün mahiyyətidir. Bu oyun Türkiyədəki zəlzələdən sonrakı durum üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə "Qalatasaray"ına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis matça ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda çox gözəl ab-hava gördüyünü bildirib: "Təşkilatçılara təşəkkür edirəm. Məlumatım var, klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Mənim üçün çox xoş oldu. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşmadır".

Bakıda İstanbul klubunun azarkeşlərinin çox olduğunu xatırladan Qurbanov hamının bu matçı gözlədiyini söyləyib: "Azərbaycan tərəfdən Türkiyəyə nə lazım olsa, biz hər zaman hazırıq. Allah heç kimə belə fəlakət göstərməsin. Türkiyə xalqına səbr diləyirəm. Azarkeşlər üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, hamı bu qarşılaşmadan zövq alsın".

Təcrübəli baş məşqçi heyətdə edəcəyi mümkün rotasiyalara da toxunub: "Oyunçularımızın sayı azdır. Əlimizdəki futbolçularla görüşü başa vurmağa çalışacağıq. Bilirsiniz ki, keçmiş "Qarabağ"lıları heyətimizə dəvət etmişik. Yalnız qapıçı Anar Nəzirov bu mənada istisna təşkil edir. Digərləri - Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev bizim öz uşaqlarımızdır. "Sabah"dan legioner dəvət etmək fikrimiz var idi. Son anadək gözlədik ki, əlimizdəki oyunçuların durumunu bilək. Dünən qəti qərarımı verdim. Murad Musayev, Elmar Baxşıyev və Ayxan Abbasovun müsahibələrini oxudum, Cavid Hüseynov və digərləri ilə danışdım. Hər birinə təşəkkür edirəm. Dünən Murad Musayevlə söhbətimiz oldu. Necə oyunçu lazımdırsa, verməyə hazır olduqlarını bildirdi. Amma çox futbolçu götürmək istəmədik".

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Futbol
Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Haiti millisinin üzvü yenidən Azərbaycanda çıxış edə bilər

Futbol
Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Qurban Qurbanov: "Nəticə bizim üçün çox vacib idi"

Futbol
Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futbol
Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Futbol
Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Futbol
“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

“Neftçi”nin futbolçusu “Zirə” ilə matçda iştirak etməyəcək

Futbol
İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

Futbol
"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər