Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

Yunanıstanlı futbolçu: "Rəşad Sadıqov Azərbaycan futbolunun əfsanəsidir"

"Buraya komandanın baş məşqçisi Rəşad Sadıqov sayəsində gəlmişəm. O, uzun illər Azərbaycan millisinin kapitanı olub və ölkə futbolunun əfsanəsidir. Sadıqovu Trayanos Dellasla müqayisə edə bilərəm".

"Report"un məlumatına görə, bunu yunanıstanlı futbolçu Dmitrios Çantakias "Zirə"yə keçidi ilə bağlı "Gazzetta.gr" saytına müsahibəsində deyib.

27 yaşlı müdafiəçi Bolqarıstanın "Çerno More" klubunda çıxış edərkən 40 yaşlı mütəxəssisin onu izlədiyini xatırladıb: "Baş məşqçi birbaşa mənimlə əlaqə saxladı. Mənə güvənir və nə istədiyini izah edib. Bunu yaxşı qiymətləndirirəm. Premyer Liqanın VI turunda "Səbail"ə vurduğum qolu da məhz ona həsr etmişdim".

Çantakias paytaxt təmsilçisinin hədəflərindən söz açıb: "Gəldiyim andan avrokuboklarda oynamaq istəyirdik. İlk mövsümdə uğur qazana bilmədik. Amma ötən mövsüm çempionatda 3-cü olduq və ölkə kubokunun finalına yüksəldik. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində isə İsrailin "Makkabi" (Tel-Əviv) klubuna uduzduq. Amma bu matçlarda yaxşı oynamışdıq və mərhələ keçə bilərdik. İki qarşılaşmadakı statistikamıza nəzər salsaq, çox yaxşı iş ortaya qoyduğumuzu görə bilərik".

Müdafiəçi Azərbaycan futbolunu Yunanıstandakı ilə müqayisə edib: "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldiyini gördünüz. Biz ötən il Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos"la oynayan "Neftçi"ni iki dəfə məğlub etmişdik. Burada futbol üslubunda Yunanıstanla müqayisədə xüsusi fərq yoxdur".

Qeyd edək ki, Dmitrios Çantakias 2020-ci ilin sentyabrından "Zirə"də çıxış edir.

Futbol
Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Futbol
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

Futbol
UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Futbol
“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

“Fənərbaxça”nın stadionunun adı dəyişdirilir

Futbol
Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Futbol
"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

Futbol
Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Canni De Byazi: "Bütün şanslardan istifadə etmədən təslim olmuram"

Futbol
Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb