Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyətimiz gördüyünüz kimidir.

Bunu APA-ya müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir bildirib ki, milli komanda son oyunlarını yaxşı oynayıb: “Fakt odur ki, biz indiyə qədər heç bir irimiqyaslı yarışda – Avropa və dünya çempionatının seçmə mərhələsində yaxşı nəticə göstərməmişik. Digər fakt odur ki, çempionatımızda klubların sayı çox deyil. Klubların sayı çox olmalıdır. Tək futbol deyil, həndbolun, voleybolun vəziyyətinə baxsaq, klublar inkişaf etməsə, milli komanda üzvlərini haradan seçsin? Klubların sayını 2 klub artırdılar, birinci dəstəyə bir balaca dəyişikliklər oldu. Yenə də bu sahədə güclü islahatlar lazımdır. Bunun üçün iş adamlarını, şirkətləri cəlb etmək lazımdır ki, yeni futbol klubları açılsın. Çünki futbola məşğul olan uşaqlar var, müəyyən yaşa gəlib çatırlar, klubların sayı az olduğundan hamısını götürə bilmirlər.

Son illərə baxsaq, ən yaxşı futbol klubu “Qarabağ”, ən yaxşı məşqçi Qurban Qurbanovdur. Xalq, media görür ki, nəticələr var. “Qarabağ” oynayanda görürsən ki, meydanda 4-5 azərbaycanlı futbolçu var. Bu futbolçular da milli komandaya cəlb edilirlər. “Neftçi” də Avropa kuboklarında bəzən yaxşı oynayır, həmişə yaxşı oynamasını istəyərdik. “Neftçi” də “Qarabağ” səviyyəsinə gəlib çatsa, bilsək ki, hər il stabil oynayacaqlar, heyətdə daha çox azərbaycanlı olacaq, çox yaxşı olar. Bu il “Sabah” klubu yaxşı nəticələr göstərir. Belə klublar yaxşı oynasa, inkişaf etsələr, belə klubların hər birindən 2 futbolçunu milli komandaya cəlb edə bilsək, artıq bizim yaxşı milli komandamız formalaşa bilər. Xaricdə isə futbolçularımızın sayı azdır, yalnız Mahir Emreli xaricdə oynayır. O da təəssüf ki, son oyunlar əsas heyətə düşə bilmir. Ümid edək ki, yaxın gələcəkdə əsas heyətə düşəcək”.

Nazir gələcəkdə ciddi nəticələrin əldə ediləcəyinə inandığını vurğulayıb: “Yəni pessimist baxmaq lazım deyil. Hamımız, həm klublar, həm federasiya birgə çalışsaq, nəticə olacaq. Nazirlik də mümkün olduğu qədər dəstək verir. “Qarabağ”ın oyununa baxsaq, azarkeşlər stadionu doldururlar. Derbilərə də azarkeşlər gəlir. Azarkeşlər oyun istəyir, bunu gözləyirlər.

İstəyərdim ki, klubların da marketinq siyasəti bir az inkişaf etsin. Həm də istəyərdim ki, azarkeşlər stadionlara gələndə azarkeşlik etdikləri komandanın köynəkləri ilə gəlsinlər. Köynək, bilet alaraq komandalarına dəstək olsunlar və bu maliyyə dəstəyi ilə komandalar nələrsə edə bilərlər”.

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Kriştianu Ronaldu Avropa klublarına lazım deyil

Futbol
Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Fransa klubu erməni futbolçunu Bakıya gətirməyəcək

Futbol
Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Futbol
Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

Futbol
DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: Almaniya və İspaniya yığmalarının start heyətləri açıqlanıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə qazanıb

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb