Faiq Qarayev mükafatlandırılıb
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev mükafatlandırılıb.
QELEBE.AZ xəbər verir ki, təcrübəli mütəxəssisə Türkiyə Voleybol Federasiyası tərəfindən xüsusi mükafat təqdim olunub.
Mükafatı İstanbulda keçirilən Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə – Azərbaycan qarşılaşması çərçivəsində Türkiyə Voleybol Federasiyasının prezidenti Mehmet Akif Üstündağ təqdim edib.
Faiq Qarayev bu mükafata Türkiyədə voleybolun inkişafındakı xidmətlərinə görə layiq görülüb.

https://mail.qelebe.az//uploads/photo/faiq-qarayev-mukafatlandirilib.webp