“Futbolun İnkişafı Fondu” sahibkarlara güzəşt edilməsi üçün sənəd hazırlayıb

“Futbolun İnkişafı Fondu” sahibkarlara güzəşt edilməsi üçün sənəd hazırlayıb

“Futbolun İnkişafı Fondu” (FIF) sahibkarlara güzəşt edilməsi üçün sənəd hazırlayıb.

Bunu “Report”a açıqlamasında FİF-in icraçı direktoru Tural Piriyev deyib.

O bildirib ki, vergi nizamnaməsi ilə bağlı sənədi aidiyyəti qurumlara təqdim etməyə başlayıblar: “Bunun hazırlanmasında bir çox qurumlarla əməkdaşlıq etmişik. Həm Milli Məclisin üzvləri, həm dövlət qurumları, həm də Gənclər və İdman Nazirliyi ilə məsləhətləşmişik. Sənəd artıq əlimizdə hazırdır. Müvafiq qurumlara yönəldirik. Sənədin məğzi idman sahəsinə investisiya edən sahibkarlara motivasiya vermək baxımından stimullaşdırmaq üçün onlara müəyyən güzəştlərin edilməsindən ibarətdir. Təklif etmişik ki, şirkətlər, sahibkarlar futbola investisiya elədikləri məbləği vergidən edilən endirimlər vasitəsilə sığortalaya bilsinlər”.

Qurum rəsmisi “Turan Tovuz” klubunun avtobusunun artıq alındığını bildirib: “Turan Tovuz”la bağlı “Turan 100k” layihəsi başa çatıb. Layihədən toplanılan 100 000 manat, həmçinin əməkdaşlıq etdiyimiz şirkətlərdən birindən əldə edilən 100 000 manatla avtobus alınıb. Avtobus kluba təhvil veriləcək”.

Tural Piriyev “Kəpəz”lə bağlı layihənin də davam etdirildiyini vurğulayıb: “Kəpəz”lə bağlı “100k” layihəsi davam edir. Həmçinin bölgələrdə sahibkarlarla görüşürük. Başqa layihələr də nəzərdə tutmuşuq. Martın 9-da Gəncədə geniş görüşümüz olacaq. Orada həm yerli ictimaiyyət, həm də sahibkarlar iştirak edəcəklər. “Kəpəz”lə bağlı “100k” layihəsində hələ 12 faizlik nəticə əldə etmişik. İnanıram ki, yaxın zamanda “Kəpəz”in avtobus məsələsi də həllini tapacaq”.

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Futbol
"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Nant" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
Pelenin son durumu açıqlanıb

Pelenin son durumu açıqlanıb

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Xorvatiya və Niderland yığmaları final mərhələsində, Türkiyə uduzub

Futbol
"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

Futbol
"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

"Real Madrid" Ançelotti ilə müqaviləni uzadır

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Futbol
Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Cavid Hüseynov hakimə əl-qol atdığı üçün 6 oyunluq cəzalanıb

Futbol
Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Rail Məlikov: "Baş məşqçinin səhhəti pisləşib"

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib