Zaur Axundov: "Futzalda köklü dəyişikliklər ola bilər" - MÜSAHİBƏ

Zaur Axundov: "Futzalda köklü dəyişikliklər ola bilər" - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində Yunanıstan seçməsinə 5:2 hesabı ilə qalib gələrək elit-raunda vəsiqəni təmin edib.

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov qarşılaşmadan sonra "Report"a müsahibəsində yığmanın hədəflərindən və ölkədə bu idman növünün durumundan bəhs edib.

- Komanda qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Oyun haqqında təəssüratlarınız necədir?

- Bu nəticəyə görə sevinirik. Amma hələ mübarizə irəlidədir. Elit-raunda hazırlaşacağıq. Görüləsi işlər çoxdur. Bu gün millinin çıxışından tam razı qalmadım. Həm futbolda, həm də futzalda arxayınlıq olmaz. Amma bu görüşdə oldu. Yəqin ki, bu səbəbdən komanda ilə söhbət edəcəyik.

- Yunanıstanı səfərdə 7:0 hesabı ilə məğlub etmək arxayınlığa səbəb ola bilərmi?

- Əlbəttə. Hər şey bundan irəli gəlir. Bu yöndə narazılığımı komandaya bildirəcəyəm.

- Sonuncu matçda Polşanın qonağı olacaqsınız. Bu barədə nə deyə bilərsiniz?

- Yunanıstanla qarşılaşmadan əvvəl komanda ilə görüşmüşdüm. Hər iki oyunla bağlı tapşırıqlar verilib. Ölüm-dirim matçı olacaq.

- Dünya çempionatının elit-raunduna vəsiqəni təmin etmisiniz. Qarşıdakı hədəfləriniz nədir?

- Dünya çempionatının əsas mərhələsində düşmək. Başqa hədəfimiz yoxdur.

- Martın 7-də AFFA İcraiyyə Komitəsinin iclasında və Konfransda iştirak edəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bu, həm hesabat xarakteri daşıyacaq, həm də bəzi təkliflər irəli sürəcəyik. Yəqin ki, mətbuata bu barədə məlumat veriləcək. Təkliflər futzalın daha da inkişaf etdirilməsi və gənclərin yetişdirilməsi, bu idman növünə cəlb olunması ilə bağlıdır. İcraiyyə Komitəsinin iclasında bu məsələləri qaldıracağıq.

- Köklü dəyişikliklər ola bilər?

- Təbii ki. Gənclərin futzala cəlb edilməsi əsas prioritet olacaq.

- Futzalda kütləviliyin azaldığını düşünürsünüz?

- Artmayıb. Bizi qane edən səviyyədə deyil. Getdikcə çətinlik çəkirik. Gənclər 15 - 17 yaşından futzala cəlb edilməlidirlər.

Futbol
“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

“Qəbələ” “Səbail”lə oyunda əzmkar qələbə qazanıb

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
AFFA "Zirə"yə texniki məğlubiyyət verib

AFFA "Zirə"yə texniki məğlubiyyət verib

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
“Real”da əcnəbi futbolçu qalmayıb

“Real”da əcnəbi futbolçu qalmayıb

Futbol
Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Futbol
İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

İspaniyalı futbolçu: "Azərbaycanda ən böyük çətinliyim dillə bağlıdır"

Futbol
Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Maradonanın oğlu: “Atamla Messini futboldan anlamayanlar müqayisə edirlər”

Futbol
“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək

Konfrans Liqası: Türkiyə klubları bu gün növbəti oyunlarını keçirəcək