“Sabah” – “Qarabağ” oyunu təxirə salınıb
Əvəzedicilər Liqasının IX turu çərçivəsində noyabrın 8-də keçirilməsi planlaşdırılan “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqasından QELEBE.AZ-a məlumat verilib.
Qərar 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının elit raunduna daha yaxşı hazırlaşması məqsədilə qəbul edilib.
AFFA-nın müraciəti və klubların razılığı əsasında Peşəkar Futbol Liqası qarşılaşmanın təxirə salınmasına qərar verib.

https://mail.qelebe.az//uploads/photo/sabah-qarabag-oyunu-texire-salinib.webp