Azərbaycan Premyer Liqası: Turun sensasiyası Şamaxıda qeydə alınıb

Azərbaycan Premyer Liqası: Turun sensasiyası Şamaxıda qeydə alınıb

Azərbaycan Premyer Liqasında XXIV turun oyunları davam edir.

“QELEBE.AZ”un məlumatına görə, günün ilk görüşü Şamaxıda keçirilib.

Eyniadlı komanda doğma arenasında çempionatın iddialılarından “Sabah”ı qəbul edib. Mövsümün ikinci dövrəsində güclü rəqibi ilə heç-heçə (1:1) edən bölgə təmsilçisi bu dəfə qələbə qazanıb – 2:1.

Hesabı 72-ci dəqiqədə meydan sahibləri açıblar. Amil Yunanov qapıçı ilə təkbətək epizodda toru silkələyib. Cəmi 5 dəqiqə sonra qonaqlar Aleksey Kaşukun qolu sayəsində status-kvonu bərpa ediblər. Lakin 90+5-ci dəqiqədə penaltidən dubla imza atan Amil Yunanov turun ən böyük sensasiyasının memarı olub.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sabah” 53 xalda qalıb. “Şamaxı” isə xallarının sayını 19-a çatdıraraq, son pillədən qurtulub.

Qeyd edək ki, turun ilk iki oyununda “Zirə” səfərdə “Turan Tovuz”a (2:0) qalib gəlib, “Səbail”lə “Qəbələ” birincilərin meydanında heç-heçə (2:2) edib. Bu gün “Sumqayıt”la “Kəpəz”, fevralın 27-də isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək.

13:32

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda üz-üzə gələcək “Şamaxı” və “Sabah”ın start heyətləri açıqlanıb.

“QELEBE.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Şamaxı”: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 29. Ramin Əhmədov

Baş məşqçi: Vüqar Əsgərli

“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh

Məşqçi: Vitaliy Korneyev

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:30-da başlayacaq.

Futbol
Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Futbol
Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Emin Mahmudov: "Xalqımız bu qələbələri çoxdan gözləyirdi"

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Futbol
Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Futbol
Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Futbol
Avropa Liqası: "Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci olub

Avropa Liqası: "Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci olub

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

"Mançester Yunayted" derbidə əzmkar qələbə qazanıb

Futbol
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb