Azərbaycan yığmasının X Beynəlxalq Abilimpiya çempionatında kapitanı açıqlanıb

Azərbaycan yığmasının X Beynəlxalq Abilimpiya çempionatında kapitanı açıqlanıb

Azərbaycan abilimpiya yığmasının kapitanı müəyyənləşib.

“QELEBE.AZ”un məlumatına görə, Milli Paralimpiya Komitəsinin təsisçiliyi ilə yaradılmış Milli Abilimpiya Federasiyasının mətbuat konfransında Fransanın Mets şəhərində keçiriləcək X Beynəlxalq Abilimpiya çempionatında komandaya Cəmilə Məmmədlinin kapitanlıq edəcəyi açıqlanıb.

Əlilliyi olan şəxslər arasında peşə bacarıqlarına həsr olunmuş tədbirdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Fransanın Azərbaycandakı səfiri Ann Buayon, Milli Abilimpiya Federasiyasının İdarə Heyətinin üzvləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı və digər rəsmilər iştirak ediblər.

Konfransda çıxış edən İlqar Rəhimov ilk dəfə turnirdə yarışacaq Azərbaycan təmsilçilərinə uğurlar arzulayıb: “Birinci yarışımız olmasına baxmayaraq, Fransada nailiyyətlərə ümid edirik. Tədbirimizə qatıldığı üçün Fransanın Azərbaycandakı səfirinə təşəkkürümü bildirirəm. Əminəm ki, Metsdəki yarışdan sonra da Paris-2024 Yay Paralimpiya Oyunlarına qədər sıx əməkdaşlığımızı davam etdirəcəyik. Bu əmədaşlıq bizim dostluğumuza çevriləcək. Abilimpiya Azərbaycanda hələ çox məşhurlaşmış hərəkat deyil. Bunu yaratmağımızda məqsəd sağlamlıq imkanları məhdud olan gənclər arasında istedadlıları seçmək, onlar üçün peşə yarışları təşkil etmək və bu vasitə ilə gəncləri olimpiya sistemi çərçivəsində keçirilən abilimpiya yarışlarına hazırlaşdırmaqdır”.

O bildirib ki, X Beynəlxalq Abilimpiya çempionatında poster dizayn, proqramlaşdırma, kompüter yığılması, web səhifələrin hazırlanması, dərzilik, çörək bişirilməsi, masaj, dulusçuluq, aşpazlıq, mətn tərtibi, ağac üzərində oyma, multimedia jurnalistikası, milçə ilə toxuculuq sahələri daxil olmaqla ümumilikdə 13 peşə sahəsi üzrə (11 kişi, 4 qadın) 15 nəfər abilimpiyaçı iştirak edəcək: “Milliyə seçimlər müəyyən qaydalara uyğun aparılıb. Azərbaycan çempionatları keçirmişik. Yığmanın üzvləri də həmin çempionatların qalibləridir. Sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətdə özlərinə layiqli yer tutmaları, gələcəkdə məşğulluqlarını təmin etmələri üçün abilimpiya böyük imkandır. Əminəm ki, abilimpiya tezliklə paralimpiya kimi tanınacaq. Metsdə Azərbaycanı ilk dəfə təmsil edəcək uşaqlar gələcək nəsillərə nümunə olacaqlar”.

Milli Paralimpiya Komitəsinin prezidenti əlavə edib ki, abilimpiyaçıların həm hazırlığı, həm də yarışların keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imkanlarından istifadə ediblər.

İlqar Rəhimov X Beynəlxalq Abilimpiya çempionatı zamanı Azərbaycanın Fransadakı səfirliyinin onları tək qoymayacağını deyib: “Azərbaycanın Fransadakı səfirliyi ilə gündəlik əlaqədəyik. Onlar da bizimlə birlikdə Metsdə olacaqlar. Metsdəki turnir zamanı səfirlik yığmaya öz dəstəyini əsirgəməyəcək”.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Metsə yollanacaq komandaya uğurlar arzulayıb: “Bu bir ilkdir. Buna baxmayaraq, yeni kapitanın rəhbərliyi altında komandanın orada nailiyyət əldə edəcəyinə inanıram. Komandanın bəzi üzvləri ilə tanış olmuşam. Milli üzvləri artıq yerli səviyyədə öz bacarıqlarını nümayiş etdirib, çempion olublar. Onlar Metsdə müsabiqədə iştirak etməklə yanaşı, özlərinə yeni dostlar qazanacaqlar, müxtəlif sahələrlə tanış olacaqlar. Azərbaycanın Fransadakı yarışda iştirakı bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, X Beynəlxalq Abilimpiya çempionatı 22-25 mart tarixlərində keçiriləcək .

Fərdi
Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Azərbaycan gimnastları Sofiyada qızıl medal qazanıb

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Azərbaycanın şahmat komandası Mahaçqaladakı turnirin qalibi olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri bilinib

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Mundiala aparılmayan olimpiya çempionu: "Federasiya bizə şərait yaratmır"

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Fərdi
Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Azərbaycanlı güləş ustası Fransanı dünya çempionatında təmsil edib

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub