Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Azərbaycanın karate üzrə qadınlardan ibarət millisinin üzvü Fəridə Əliyevanın "QELEBE.AZ"a müsahibəsi

– Bu ay Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında çəkiniz qaydasında olmadığı üçün iştirak edə bilmədiniz. Nə baş vermişdi?

– Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında iştirak edərkən orada yediyim qidalardan zəhərlənmişdim. Ona görə yemək yeyə bilmirdim. Mən həmişə çəkimi 66-67 kq-da saxlayıram. Yarışa az qalmış yemək yeyib çəkimi 68 kq-dan yuxarı qaldırıram. Bu dəfə çəkim çox aşağı düşmüşdü, 63 kq olmuşdum. Mən döyüşmək üçün lazımi 5 kq çəkimi qaldıra bilmədim. Yarış gedən günü belə xəstə idim, qızdırmanın içində idim.

– Zəhərlənməni başa düşdük. Bəs qızdırma necə yarandı?

– Yemək yemədiyim üçün immunitetim çox aşağı düşmüşdü. Ona görə də yarışa 3-4 gün qalmış soyuqladım və qızdırmam yarandı. İslamiadaya biz ağır proqramla məşq etdik. Ola bilər ki, bədənim bu səbəbdən bir az yorğun idi. İndi isə yaxşıyam, çəkimi bir az qaldırmışam. Növbəti yarışlarda çıxış etməyi gözləyirəm.

– Amma Bakıda heç də həmişə Premyer Liqa yarışı keçirilmir. Buna görə təəssüfləndinizmi?

– Hər idmançının öz məqsədləri olur. Mənim əsas məqsədim İslamiadada çıxış etmək idi. Bakıdakı yarış da vacib idi. Belə bir mötəbər yarışın bizim şəhərdə keçirilməsi çox vacib bir məqamdır. Sadəcə, iştirakım alınmadı. Heyfsilənirəm, amma buna görə özümü öldürəsi deyiləm ki (gülür)... Heç nə... Dünyanın sonu deyil.

– Bu o deməkdir ki, Fəridə Əliyeva qışadək döyüşməyəcək. Çünki yanvarda Misirin paytaxtı Qahirədə keçiriləcək Premyer Liqa yarışınadək çıxış etməyəcəksiniz...

– Bəli, bu il başqa yarışım yoxdur. Yanvardan etibarən bizim yeni yarışlarımız başlayacaq. Onlara hazırlaşacağıq.

– Premyer Liqada İrina Zaretskayanı saymasaq, qadınlardan heç kim yer tutmadı. Səbəb nədir?

– Premyer Liqa çox çətin yarışdır. Orada medal qazanmaq çox az idmançıya qismət olur. Premyer Liqa dünya çempionatı səviyyəsində yarışdır.

– Bəs İslamiadada niyə medal qazana bilmədiniz?

– Bunu kimdən soruşsanız, məncə, eyni cavabı verər. Bizim idmançılara qarşı orada çox böyük haqsızlıq oldu. Bu, tək karatedə yox, digər idman növlərində də baş verdi. İran karateçisi Leyla Borcali ilə döyüşdə mən xalı vurduğum zərbələr hesabına hakimlərdən alırdım. Ancaq o mənə göstərilən kart hesabına bunu əldə edirdi. Daha sonra öz hakimlərimizdən öyrəndim ki, döyüş zamanı videoregistrator heç işləmirmiş. Onlar video işləmədiyi halda qıza xal verirdilər.

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Azərbaycan şahmatçılarının iştirak etdiyi dünya çempionatına yekun vurulacaq

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Zabit Səmədovun vida gecəsində bütün döyüşlərin iştirakçıları bəlli olub

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”

Gənclər və idman naziri: “Ölkə klublarının marketinq siyasətində müəyyən dəyişikliklər olmalıdır”