Yeni Zelandiyanın seriyası qırıldı – Belçikanın rekorduna çata bilmədi
Yeni Zelandiya millisinin dünya çempionatlarında davam edən heç-heçə seriyası başa çatıb.
QELEBE.AZ xəbər verir ki, komanda DÇ-2026-nın G qrupunun II turunda Misirə 1:3 hesabı ilə uduzub.
Bununla da Yeni Zelandiya mundiallardakı ardıcıl heç-heçə seriyasını davam etdirə bilməyib.
Komanda buna qədər dünya çempionatlarında keçirdiyi 4 oyunda meydanı bərabərliklə tərk etmişdi.
Yeni Zelandiyalılar bu göstəricidə Belçika millisinin rekorduna yaxınlaşsa da, onu təkrarlaya bilməyiblər. Dünya çempionatlarında ardıcıl heç-heçə üzrə rekord Belçikaya məxsusdur – 5 oyun.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsi iyunun 11-dən 27-dək davam edəcək.

https://mail.qelebe.az//uploads/photo/yeni-zelandiyanin-seriyasi-qirildi-belchikanin-rekorduna-chata-bilmedi.webp