"Sabah"ın müdafiəçisi "Qarabağ"la oyun haqqında: "Penalti olduğu açıq-aşkar görünürdü"

"Sabah"ın müdafiəçisi "Qarabağ"la oyun haqqında: "Penalti olduğu açıq-aşkar görünürdü"

"Sabah" Azərbaycan Premyer Liqasının XXII turunda "Qarabağ"la 1:1 hesablı heç-heçə edərək, 5 xallıq fərqin artmasına imkan verməyib. "Bayquşlar"ı məğlubiyyətdən xilas edən qola isə müdafiəçi Bəxtiyar Həsənalızadə imza atıb. Künc nöqtəsindən ötürülən topu çiyni ilə qapıdan keçirən 31 yaşlı oyunçu komandasına çətin səfərdə vacib xal qazandırıb.

Həsənalızadə "Report"a müsahibəsində həm vurduğu kuryoz qoldan, həm də matçın baş hakimi Elçin Məsiyevin mübahisəli qərarından söz açıb.

- Premyer Liqanın son turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heç etdiniz. Matçla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun alındı, hər iki komanda üçün vacib qarşılaşma idi. Görüş dinamik və sürətli başladı. İlk dəqiqələrdə bəzi səhvlər buraxdıq. İkinci hissədə isə nisbətən oyunumuzu düzəldə bildik.

- Necə düşünürsünüz, 2 xalı "Sabah" itirdi, yoxsa "Qarabağ"?
- Bu oyunda hər iki komandanın 1 xal qazandığını düşünürəm.

- Baş hakim Elçin Məsiyevin idarəçiliyini necə qiymətləndirirsiniz? Xüsusilə Kristian Da Silvanln zərbəsindən sonra topun rəqibin əlinə dəydiyi epizod barədə fikirləriniz maraqlıdır. Hətta epizoda VAR-da da baxılsa da, penalti təyin olunmadı...
- Hakim idarəçiliyi haqqında nəsə demək istəmirəm. Amma penalti olduğu açıq-aşkar görünürdü. Epizodun təkrarına VAR-da da baxıldı. Açığı, referinin niyə penalti təyin etmədiyini anlamadım.

- Sizcə, "Sabah"ın xal itirməyində Elçin Məsiyevin rolu oldu?
- Bu barədə danışmaq düzgün olmaz. Bəlkə də penalti veriləcəkdi, dəqiq yerinə yetirməyəcəkdik. Məğlub da ola bilərdik. Xal itirdiyimizi düşünmürəm. Hər halda rəqibimiz "Qarabağ" idi.

- "Qarabağ"a 3:4 hesabı ilə uduzduğunuz əvvəlki oyunda da hakimliklikdən narazı qalmışdınız...
- Başqa oyunlarda da səhvlər olub. Amma artıq bu oyunlar geridə qalıb. İndi bu barədə danışmaq heç nəyi dəyişməyəcək. Əvvəlki oyunları unudub qarşıdakı matçlara köklənməliyik.

- Artıq "Sabah"ın "Qarabağ"a layiqli rəqib olduğunu söyləmək olarmı?
- Bunu başqaları desə, daha düzgün olar. Biz komanda olaraq əlimizdən gələni edirik.

- Murad Musayev dəfələrlə bildirib ki, bu mövsüm əsas hədəf avrokuboklara vəsiqə qazanmaqdır. Sizcə, hazırkı "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq olmaz?
- Əsəs hədəfimiz hər matça qələbə üçün çıxmaq və hər həftə öz oyunumuzu daha da təkmilləşdirməkdir. Fikrimcə, bu, komandada yaxşı alınır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

- Vurduğunuz qolla komandanıza vacib xal qazandırdınız. Yəqin, razılaşarsınız ki, bir az kuryoz qol alındı?
- Kuryoz qol deməzdim. Standart vəziyyətləri məşqlərdə işləyirik. Yəni, qol təsadüfi alınmadı. Mənim yerimdə komanda yoldaşlarımdan kimsə ola bilərdi. O da eyni hərəkəti etməli idi. Çünki bizə tapşırılan budur. Sadəcə, həmin epizodda başla zərbə endirməyə çatdırmadığım üçün topa çiynimlə toxundum. Şükürlər olsun ki, alındı. Əsas olan komandanin xal qazanması idi.

- Bir ara karyeranızda eniş yaşandı, hətta klubsuz qaldınız. Amma "Sabah"a keçəndən sonra vəziyyəti müsbətə doğru dəyişə bildiniz. Bunu necə bacardınız?
- Hər futbolçunun karyerasında eniş olur. Çox çətin dönəmdən keçdim. Amma həmişə inandım ki, yenidən futbola dönə bilərəm. Allah qismət elədi, yenidən oynamağa başladım. Həmin dönəmdə mənə dəstək olduğuna görə "Sabah"a təşəkkür edirəm.

- Martda milli komandanı AVRO-2024-ün seçmə mərhələ oyunları gözləyir. Yəqin ki, yığmanın baş məşqçisi Canni De Byazidən dəvət gözləyirsiniz...
- Milli komamdanın oyunlarına 1 aydan çox vaxt var. Hazırda klubdakı matçlarımıza köklənmişəm. Sağlıq olsun, əsas odur, zədə almayım. Yığmaya çağırılsam, hər zaman olduğu kimi oyunlarda, təlim-məşq toplanışında canla-başla iştirak edəcəyəm.

Futbol
"Sabah" klubunun cəriməsi ləğv olunub

"Sabah" klubunun cəriməsi ləğv olunub

Futbol
Frank Riberi karyerasını başa vurub

Frank Riberi karyerasını başa vurub

Futbol
Qara Qarayev: "Olimpiakos" öz qapısı qarşısında ikiqat divar hörmüşdü"

Qara Qarayev: "Olimpiakos" öz qapısı qarşısında ikiqat divar hörmüşdü"

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Futbol
Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadr"

Canni De Byazi: "Qazaxıstan millisi çox güclü komandadr"

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Futbol
“Sokrates kuboku”nun ilk qalibi bilinib

“Sokrates kuboku”nun ilk qalibi bilinib

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

KİV: Məhəmməd Salah PSJ ilə danışıqlar aparır

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib

"Marakana" stadionunun yaxınlığındakı küçəyə Pelenin adı verilib