MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Milli Olimpiya Komitəsində (MOK) 7 sentyabr - Ümumdünya Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib.

MOK-un mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.

X.İsayev bildirib ki, istər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olan hər kəs hər il bu tarixdə ədalətli oyun təşəbbüsləri, layihələr və uğurlar haqqında məlumat paylaşır.

Daha sonra “Spirit of Fair Play” beynəlxalq foto müsabiqəsinin nominantları - fotoqraflar İlqar Cəfərov, Zaur Mustafayev və Fərqanə Qasımlıya diplomlar təqdim olunub.

X.İsayev “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyası üzrə “Con Borotra” Dünya Ədalətli Oyunlar diplomunu Ç.Hüseynzadəyə təqdim edib. Qeyd olunub ki, MOK-un vitse-prezidenti Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafat"ı ilə təltif olunub.

Ç.Hüseynzadə bu mükafata indiyədək ədalətli oyun prinsiplərinin təbliği, Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ilə əlaqələrin qurulması istiqamətində gördüyü bir sıra mühüm işlərə görə layiq görülüb. Azərbaycanın və dünya idmanının inkişafında bir sıra xidmətləri olan vitse-prezidentin rəhbərliyi ilə keçirilən tədbirlər yüksək səviyyədə və ədalət prinsiplərinə sadiqlik şəraitində keçib. O, Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyasında ilk dəfə Azərbaycanı təmsil edib. Avropa Olimpiya Komitəsinin “Şərəf” ordeni ilə təltif olunub.

Ç.Hüseynzadə öz çıxışında bildirib ki, MOK-un Ədalətli oyunlar Komissiyası hər il ənənəvi olaraq, idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə ilin sonunda, eləcə də müxtəlif yarışlarda 6 nominasiya üzrə mükafatlar təsis edir, gənc nəslin diqqətini cəlb etmək məqsədilə də bir sıra tədbirlər keçirilir.

Daha sonra Ədalətli Oyunlar Komissiyası, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Azərbaycan nümayəndəliyi İNBA Qlobal Azərbaycan Birliyi arasında birgə əməkdaşlıq haqqında memarandum imzalanıb.

Sonda qonaqlar İncəsənət Gimnaziyasının skripkaçılar ansamblının ifasını dinləyiblər.

Fərdi
Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm"

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Azərbaycan karateçiləri Yunanıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Fərdi
Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Fərdi
Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Azərbaycan millisi Bakıdakı Böyük Dəbilqəni 6 medalla başa vuraraq birinci olub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib