Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

"Hazırda karyeramla bağlı seçim qarşısındayam: Olimpiadada iştirak etmək, yoxsa 3-cü dəfə dünya çempionu olmaq?"

Bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Paris-2024- Yay Olimpiya Oyunlarında iştirak etmək üçün çəkisini dəyişmək istəməsi barədə danışarkən deyib.

55 kq-da çıxış edən idmançı bildirib ki, olimpiada ilə yanaşı, mundiala qatılmaq da onun üçün çox önəmlidir: "Təbii ki, hər bir idmançı kimi mən də Olimpiya Oyunlarına qatılmaq, ölkəmi, xalqımı orada təmsil etmək, ən yüksək zirvəyə qalxıb himni səsləndirmək və bayrağı ucaltmaq istəyirəm. Amma bilirsiniz ki, bizdə müstəqillik əldə olunduqdan sonra 3-cü dünya çempionu yoxdur. İkiqat dünya çempionları Fərid Mansurov və mənəm. 13 ildən sonra Mansurovun rekordunu yeniləmişəm. Odur ki, 3-cü dəfə mundialda qələbə sevinci yaşayaraq, Azərbaycan güləş tarixində ilkə, müstəqillik tariximizdə yeni rekorda imza atmaq istəyirəm".

Hələlik seçim etmədiyini deyən ikiqat Avropa və ikiqat dünya çempionu başqa bir variantın da olduğunu söyləyib: "Dünya çempionatından sonra 3 lisenziya turniri qalacaq. Həmin yarışlarda iştirak etməklə lisenziya qazanmaq şansım var. Amma bu, çox çətin prosesdir".

Ötən il İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğuya əsasən, ilin ən yaxşı idmançısı seçilən titullu güləşçi ona səs verənlərə təşəkkür edib: "Ədalətli seçim oldu. Çünki 2022-ci ildə qatıldığım bütün yarışlarda maksimum nəticə vermişəm, olimpiya idman növlərində yeganə dünya çempionu mən olmuşam. Kiməsə səs verməli olsaydım, yəqin ki, yenə özümü seçərdim. Lap başqa idmançı olsun, mənim qazandığım nəticələri əldə edibsə, ona səs vermək daha ədalətli olardı. Amma ikinci yerdə cüdoçu Hidayət Heydərova səs verərdim. Cüdo olimpiya idman növüdür və yetərincə çətindir. Orada qazanılan medallar ölkə idmanı üçün önəmli uğurdur".

Qeyd edək ki, Eldəniz Əzizli 2 dəfə dünya, 4 dəfə Avropa üçüncüsü olub. O, eyni zamanda ötən il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəylik Oyunlarının qalibidir. 31 yaşlı idmançı Dünya Kuboku və Universiadada da bürünc medal əldə edib.

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycan karateçisi Türkiyədə beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

İdman əngəl tanımır: Parabadmintonda ilk medal və ya əzmkarlığın qələbəsi

Fərdi
MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

MOK-da Ədalətli Oyun Gününə həsr olunan tədbir keçirilib

Fərdi
Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərid Qayıbov: "Azərbaycanın İslamiadada 4-cü olması böyük nailiyyətdir"

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Fərdi
Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb