Türkiyədə mərc oyunlarında iştirak edən 100-dən çox futbolçu cəzalandırılıb

Türkiyədə mərc oyunlarında iştirak edən 100-dən çox futbolçu cəzalandırılıb

Türkiyə Futbol Federasiyası mərc oyunlarında iştirakı müəyyən edilən 102 futbolçunu cəzalandırıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Cəzalandırılanlar arasında müxtəlif klublarda çıxış edən futbolçular var.

Peşəkar Futbol İntizam Qurumu (PFDK) “Qalatasaray”lı futbolçular Eren Elmalının 45 gün, Metehan Baltacının isə 9 ay müddətinə futboldan uzaqlaşdırıldığını da açıqlayıb.

Eyni zamanda, Türkiyə Super Liqasında çıxış edən “Alanyaspor”un futbolçuları İzzet Çelik 3 ay, Enes Keskin 3 ay, Bedirhan Özyurt 3 ay, Yusuf Özdemir 9 ay, “Antalyaspor”un futbolçusu Kerem Kayaarası 45 gün, “Çaykur Rizespor”un futbolçuları Efe Doğan 45 gün və Furkan Orak 3 ay, “Eyüpspor”un futbolçusu Mükremin Arda Türköz 45 gün, “Fatih Karagümrük”ün futbolçuları Furkan Bekleviç 45 gün və Kerem Yusuf Sirkeci 3 ay, “Gaziantep” FK-dan Muhammet Taha Güneş 45 gün və Nazım Sangare 45 gün, “Göztepe”dən İzzet Furkan Malak 45 gün və Uğur Kaan Yıldız 45 gün, “Kasımpaşa”dan Ege Albayrak 45 gün və Ali Emre Yanar 45 gün, “Kayserispor”dan Berkan Aslan 3 ay və Abdulsamet Burak 12 ay, “Konyaspor”dan Adil Demirbağ 45 gün və Alassane Ndao 12 ay, “Samsunspor”dan Celil Yüksel 45 gün, “Trabzonspor”un futbolçuları Salih Malkoçoğlu 45 gün və Boran Başkan 3 ay cəza alıblar.

Ümumilikdə Superliqada çıxış edən 25 futbolçu cəzalandırılanlar arasındadır.

Qeyd edək ki, araşdırma çərçivəsində mərc oyunlarında iştirakı müəyyən edilən 1 024 oyunçunun adı açıqlanmışdı.

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq

Futbol
Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Futbol
"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

Futbol
"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

Futbol
"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

"Qarabağ"ın futbolçusu: "Rəqiblərimiz özümüzə uyğundur"

Futbol
Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Azərbaycanın 2 futbol məşqçisi “Pro” lisenziyası alıb

Futbol
Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

Futbol
"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir