Avstraliyadakı turnirdə erməni təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına müraciət edilib

Avstraliyadakı turnirdə erməni təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına müraciət edilib

Azərbaycan Tennis Federasiyası (ATF) Karen Xaçanovun "Avstraliya Açıq" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına məktub göndərib.

Qurumdan "Report"a verilən məlumata görə, ATF yarışda xoşagəlməz hadisənin baş verdiyini bildirib.

Federasiya yanvarın 20-də erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanovun mənfur hərəkət etdiyini diqqətə çatdırıb: "Xaçanov ABŞ-dan olan rəqibi Frensis Tiafonu məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong", yəni "Artsax, möhkəm ol" sözlərini qeyd edib. Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alsa da, Xaçanov bundan öz məkrli planını həyata keçirmək üçün istifadə edib".

ATF beynəlxalq federasiyaya ünvanlanmış məktubda Azərbaycana qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunduğunu vurğulayıb: "Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq".

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Fərdi
Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Paracüdo üzrə Azərbaycan milli komandası dünya çempionu olub

Fərdi
Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Premyer Liqada tarixi uğur: Azərbaycan karateçiləri altı medalla yarışı başa vurub

Fərdi
Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnastlar Bakıya gələcəklər

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha 3 güləşçisi bu gün medal qazana bilər

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb