A Seriyası: “Napoli” Turindən xalsız qayıdır
İtaliya A Seriyasında X turun matçları davam edir.
QELEBE.AZ xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma keçirilib.
“Komo” doğma meydanda “Venezia”nı 1:0, “Frozinone” isə “Torino”nu 2:0 hesabı ilə məğlub edib. “Latsio” “Kalyari” üzərində 2:1 hesablı qələbə qazanıb.
“Cenoa” səfərdə “Leççe”ni 2:1 hesabı ilə üstələyib.
Günün son matçı Turində baş tutub. “Yuventus” öz meydanında “Napoli”ni qəbul edib. "Qoca sinyora" rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0.

https://mail.qelebe.az//uploads/photo/a-seriyasi-napoli-turinden-xalsiz-qayidir.webp