Baş məşqçi ömürlük cəzalandırılan futbolçu haqqında: “Özbaşınalıq elədiyini qabarıq şəkildə görürdüm”

Baş məşqçi ömürlük cəzalandırılan futbolçu haqqında: “Özbaşınalıq elədiyini qabarıq şəkildə görürdüm”

“Emin Mehtiyevin Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Səbail”lə oyun zamanı özbaşınalıq elədiyini qabarıq şəkildə görürdüm”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Birinci Divizion klubu MOİK-in sabiq baş məşqçisi Şəhriyar Məmmədov komandanın futbolçusu Emin Mehtiyevin danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya olunmasına münasibət bildirərkən deyib.

O bildirib ki, 0:4 hesabı ilə məğlub olduqları qarşılaşmanın 35-ci dəqiqəsində əvəzlədiyi yarımmüdafiəçinin zəif çıxışı aşkar şəkildə hiss olunurdu: “Oyunun əvvəlində Emin Mehtiyevin verdiyim tapşırıqları icra eləmədiyini gördüm. İlk 10 dəqiqə ərzində ona artıq iki dəfə bu barədə xəbərdarlıq elədim. Özbaşınalıq elədiyi üçün birinci hissədə əvəzlədim. Amma danışılmış oyunlarda iştirakı ağlıma belə gəlməzdi. Əvəzlədikdən sonra da kollektivin önündə 1-2 dəfə Eminə irad bildirdim. Cavabı belə oldu ki, rəqibdən qorxmadığımızı sübut eləmək istəyirdim. Peşəkar futbol oynamış biri kimi, yolverilməz səhvlərə əl atdı. Heç bir ağıllı futbolçu ikinci zonada pressinqə əl atmaz və komanda yoldaşlarını da buna təhrik eləməz. Eminin də nə eləmək istədiyini başa düşmürdüm”.

Şəhriyar Məmmədov eyni cəzaya məruz qalan MOİK-in digər oyunçusu Fərmayıl Əliyevin “Səbail”lə görüşdə zəif performans sərgiləmədiyini vurğulayıb. Onun fikrincə, hücumçu başqa səbəbdən diskvalifikasiya edilib: “Fərmayılın oyununda heç nə hiss eləməmişəm. Yalan danışmaq istəmirəm. Amma səhv eləmirəmsə, Fərmayıl Əliyev bunu bilib, gizli saxladığı üçün cəzalandırılıb”.

Baş məşqçi MOİK-dən ayrılma səbəbinin bu məsələ ilə bağlı olmadığını söyləyib: “Mənim ayrılma səbəbim başqadır. Komandaya uğur qazandırsam da, mənə müqaviləmin uzadılmayacağı bildirildi. Guya tələblərim çox idi. Onlara dedim ki, sizə ya qorxaq, ya da yaltaq adam lazımdır. Rəhbərlik orada haqqımı yedi”.

Qeyd edək ki, MOİK klubunun üzvləri Emin Mehtiyev və Fərmayıl Əliyev danışılmış oyunlarda iştiraka görə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunublar.

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
Fransa millisinin futbolçuları tarixə düşüb

Fransa millisinin futbolçuları tarixə düşüb

Futbol
DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

Futbol
"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

Futbol
Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Eddi İsrafilov: "Bəzi oyunlarda vacib xallar itirmişik"

Futbol
Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Futbol
Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Ekvador millisi dünya çempionatından kənarlaşdırılır

Futbol
"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

"Turan Tovuz"un kapitanı: "Oyunlara çıxanda bu amilləri kənara qoyuruq"

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb