Azərbaycanlı basketbol məşqçiləri Litvada seminarda iştirak edirlər

Azərbaycanlı basketbol məşqçiləri Litvada seminarda iştirak edirlər

Azərbaycan Basketbol Federasiyasının (ABF) dəstəyi ilə məşqçilər seminar üçün Litvaya yollanıblar.

ABF-dən “Report”a verilən məlumata görə, U-18 oğlanlardan ibarət komandanın və NTD klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyevlə Polad Həsənov, U-20 oğlanlardan ibarət millinin və “Sərhədçi” klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüsdə yerləşən NBA basketbol məktəbində olublar.

Onlar həmin məktəbdə litvalı mütəxəssislər tərəfindən keçirilmiş seminarda iştirak edərək, daha sonra Azərbaycan basketbolunun gələcək ümidi sayılan Hüseyn Qaflanovun təlim-məşq prosesini izləyiblər. Ardından Kaunasa gedən məşqçilər yerli “Jalgiris” klubunun bütün yaş qruplarının təlim-məşq prosesini izləyib, peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər.

Qeyd edək ki, azərbaycanlı məşqçilərin Litvada keçirilən seminarı yanvarın 21-dək davam edəcək.

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Çağırış Kuboku: Azərbaycan çempionu 1/8 finalın ilk oyununda uduzub

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

NBA tarixində tamaşaçı rekordu qeydə alınıb

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər