Aqil Nəbiyev: Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik

Aqil Nəbiyev: Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunları çərçivəsində Tacikistan yığmasına qarşı keçirilən ilk oyunla (1:0) bağlı fikirlərini bildirib.

Apasport.az xəbər verir ki, baş məşqçi AFFA-nın mətbuat xidmətinə açıqlamasında qalibiyyəti torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə həsr etdiklərini deyib:

“Bu qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik. Bildiyiniz kimi, 27 Sentyabr - Anım Günüdür. Futbolçularıma həmişə onu aşılayıram ki, biz qalib xalqın nümayəndələriyik. Başımız dik, alnımız açıqdır. Belə ölkədə yaşadığımız üçün fəxr edirik. Şəhidlərimiz, qazilərimiz qanı-canı bahasına torpaqlarımızı işğaldan azad ediblər. Futbolçulara da deyirəm ki, biz Azərbaycanın adını təmsil edirik. Onlar necə bayrağımızı ucaldıblarsa, biz də bunun davamını gətirməliyik”.

Aqil Nəbiyev komandanın əzmkar mübarizə apardığını söyləyib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Yarışın bizim üçün nə qədər önəmli olduğunu bilirik. Bu gün turnirin ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Tacikistan yığmasının bir neçə oyununu təhlil etmişdik. Onlar son olaraq Rusiya yığması ilə heç-heçə etmişdilər. Aqressiv, çox qaçan, mübarizə aparan, texniki bacarığı üstün olan kollektivdirlər. Bizim isə zədə səbəbindən heyətlə bağlı problemlərimiz var idi. Buna baxmayaraq, komandamız düzgün şəkildə mübarizə apardı. Ev tapşırığından sonra qol vurmağımız da bunu göstərir. Futbolçularımız xarakter nümayiş etdirdilər. Turnirə qələbə ilə başlamaq önəmli idi. Komandamı, azarkeşləri və futbol ictimaiyyətini təbrik edirəm”.

O, A qrupu çərçivəsində oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçiriləcək oyunda da qələbə qazanmaq istədiklərini vurğulayıb:

“Növbəti görüşə qədər üç gün vaxtımız var. Qırğızıstanla qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Məqsədimiz finala yüksəlmək və çempion olmaqdır. Buna gücümüz çatar. Sadəcə olaraq, qarşıdakı matçlarda daha diqqətli çıxış etməliyik. Məsələn, bu gün 4-5 yüz faizlik qol şansını əldən verdik. Son zərbələrdəki çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

Futbol
“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

“Səbail”in oyununu idarə edən hakim rəqibdən üzr istəyib

Futbol
Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Futbol
İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib

İranlılar milli komandalarının DÇ-2022-dən kənarlaşdırılması üçün FIFA-ya məktub göndərib

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

Futbol
Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Futbol
Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Futbol
"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırıb

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"