Türkiyə Super Liqası: “Qalatasaray” böyük hesabla qələbə çalıb
Türkiyə Super Liqasında II turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, bu gün "Qalatasaray" meydana çıxıb.
Son çempion "Fatih Karagümrük"lə qarşılaşıb.
"Sarı-qırmızılılar" görüşdən böyükhesablı qələbə ilə ayrılıb. Matçda hesabı Barış Alper Yılmaz açıb. İkinci yarıda Fatih Kurucuk avtoqol müəllifi olub. Matçın sonlarında Mauro İkardi oyunda yekun nəticəni müəyyənləşdirib - 3:0.
Qeyd edək ki, "Qalatasaray" 6 xalla turnir cədvəlinə başçılıq edir.

https://mail.qelebe.az//uploads/photo/turkiye-super-liqasi-qalatasaray-boyuk-hesabla-qelebe-chalib.webp











