Memorialda üçüncü olan Azərbaycan atleti: "Texniki səbəblərə görə daha yaxşı nəticə qazana bilmədim"

Memorialda üçüncü olan Azərbaycan atleti: "Texniki səbəblərə görə daha yaxşı nəticə qazana bilmədim"

Azərbaycan atleti Nazim Babayev Qazaxıstanın Almatı şəhərində keçirilmiş XXXIV Qosanov Memorialında texniki səbəblərə görə daha yüksək əyarlı medal qazana bilməyib.

27 yaşlı idmançı bu barədə "QELEBE.AZ"a açıqlama verib.

Uzunluğa tullanmada bürünc mükafata sahib çıxan N.Babayev yarış vaxtı özünü yaxşı hiss etdiyini deyib:

"Növbəti dəfə bu turnirdə iştirak edirdim. Dünya Atletikasının bürünc səviyyəli yarışıdır. Əslində fikrim orada üçtəkanla tullanmada uğurlu çıxış etmək idi. Amma ilk gün uzunluğa tullanmada özümü sınamağı üstün tutdum və bürünc medal əldə etdim. Özümü yaxşı hiss edirdim. Turnirdə də bunu göstərmək istəyirdim. Texniki səbəblərə görə üçüncü pillədə qərarlaşdım. İlk cəhddə bu nəticəni göstərmişdim. Növbəti cəhdlərdə nəticənin daha yaxşı olacağını düşündüm. Amma texniki səbəblərdən çatışmazlıqlar oldu və bunu edə bilmədim".

Atlet Memorialın ikinci günündə üçtəkanla tullanmada mübarizə apardığını sözlərinə əlavə edib:

"Amma əfsuslar olsun ki, hava şəraitinə görə çıxışım zəif alındı. Güclü yarış olsa da, turnir təxirə salınmadı. Belə vəziyyətdə zədə riski də yüksək olur. Amma təşkilatçılıq ümumilikdə yaxşı idi".

Qeyd edək ki, Nazim Babayev XXXIV Qosanov Memorialında 7.48 metr nəticə ilə bürünc medal qazanıb.

Fərdi
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib

Fərdi
Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Gövhər Beydullayevadan sonra Abdulla Qədimbəyli də dünya çempionu olub

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

ACF-in vitse-prezidenti: "Dünya çempionatında qızıl medal qazanmaq istəyirik"

Fərdi
Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Hidayət Heydərov: "Dünya çempionatına qızıl medal üçün gəlmişdim"

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini açıqlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub