Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə adlayıb, Kipr klubuna rəqib olub - YENİLƏNİB-7

Konfrans Liqası: "Araz-Naxçıvan" III təsnifat mərhələsinə adlayıb, Kipr klubuna rəqib olub - YENİLƏNİB-7

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) cavab matçında heç-heçə edən "Araz-Naxçıvan" növbəti mərhələyə vəsiqə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Fabiano Leysman (62) və Monçu (90) fərqlənib. Naxçıvan klubundan isə Çarlz Boli (11) və Felipe Santos (38) rəqib qapısının torunu silkələyib.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Rəqibin heyətində isə Fabiano Leysman 90+8-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə Naxçıvan klubu 2:1 hesablı qələbəyə sevinmişdi.

Elmar Baxşıyevin komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

00:06

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab bərabərləşib.

"QELEBE.AZ"un məlumatına görə, "Aris"in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib - 2:2.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında növbəti qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, "Aris" hesab arasındakı fərqi azaldıb.

Fabiano Leysman 62-ci dəqiqədə fərqlənib - 1:2.

"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:22

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, fasilədən sonra "Araz-Naxçıvan" komandasının 2:0 hesablı üstünlüyü davam edir.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

23:06

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, "Araz-Naxçıvan" fasiləyə hesabda 2:0 öndə yollanıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:53

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris"lə (Yunanıstan) matçda "Araz-Naxçıvan" hesab arasındakı fərqi artırıb.

"QELEBE.AZ"un məlumatına görə, Naxçıvan klubunun heyətində Felipe Santos 38-ci dəqiqədə penaltidən fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

22:14

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.

"QELEBE.AZ"un məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Futbol
Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi "Benfika"nın oyununa təyinat alıb

Futbol
Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqası loqosunu dəyişir

Futbol
Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilər

Futbol
Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Futbol
DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Höccət Haqverdi: “İkinci yer üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq”

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Futbol
Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Futbol
DÇ-2022: Brazilya Serbiyanı məğlub edib

DÇ-2022: Brazilya Serbiyanı məğlub edib