Azərbaycan Üzgüçülük Federasiyasının inkişaf strategiyası 4 ili əhatə edir

Azərbaycan Üzgüçülük Federasiyasının inkişaf strategiyası 4 ili əhatə edir

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) inkişaf strategiyası 4 ili əhatə edir.

"Report" xəbər verir ki, bunu ASF-nin prezidenti Zaur Əliyev qurumun konfransında deyib.

O, yeniliklərdən danışıb:

"Strategiya növbəti 4 ili əhatə edir. 4 prinsip üzərində işləyəcəyik. Bunlar Azərbaycanda üzgüçülüyün inkişafı, kütləviliyin artırılması, beynəlxalq yarışlarda uğurlu iştirak və medal qazanmaqdır. Bu prosesə məktəbliləri daha çox cəlb etmək istəyirik. Təbii ki, bu, könüllülük əsasında olacaq. Bundan əlavə, ölkədə həvəskarlar arasında yarışlar, festivallar keçirmək, bu yolla insanlarda üzgüçülüyə marağı artırmaq istəyirik".

Qurum rəhbəri ad dəyişikliyinə ehtiyac görülmədiyini vurğulayıb:

"Başqa ölkələrin də təcrübəsini öyrənmişik. Əksər yerlərdə ad Üzgüçülük Federasiyası şəklində gedir. Bu səbəbdən dəyişikliyə ehtiyac görmədik. Gələcəkdə ehtiyac duyularsa, həyata keçirilər".

ASF prezidenti su polosu millisinə yeni əcnəbi baş məşqçi təyin olunacağını söyləyib:

"Su polosu yığmasının əcnəbi baş məşqçisi ilə yolları ayırdıq. Hazırda bu istiqamətdə işlər davam edir. Yeni baş məşqçi də əcnəbi olacaq. Əməkdaşlarımız yaxın zamanlarda Xorvatiyaya səfər edəcəklər. Bu ölkənin təcrübəsindən yararlanmaq istəyirik və axtarışları davam etdirəcək, uyğun namizəd seçəcəyik. Üzgüçülük millisində isə Rəşad müəllim işini uğurla davam etdirir. Hazırda dəyişiklik barədə düşünmürük".

Z.Əliyev məktəblərdə təbliğat aparılacağını bildirib:

"Təəssüflər olsun ki, üzə bilməyən gənclər dənizə gedərkən dostlarının yanında qəhrəmanlıq göstərmək istəyərkən əksər hallarda boğulurlar. Buunla bağlı sosial mediada daim təbliğat aparacağıq. Amma bunun nə dərəcədə effektli olacağını deyə bilmərəm. Çünki digər qurumlar da təbliğat aparmalıdır. Məktəbdən başlayaraq uşaqların üzməyi öyrənmələrini istəyirik və bununla bağlı işlər görürük. Bu sahədə Fövqəladə Hallar Nazirliyi də çox iş görür".

Fərdi
Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Azərbaycan xizəkçisinin yarış zamanı ayağı sınıb

Fərdi
Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərid Qayıbov Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin üzvləri ilə görüşüb

Fərdi
Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Azərbaycan çempionatında 146 boksçu iştirak edəcək

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"

Antonio Espinos: "Premyer Liqanın Bakıda yaxşı təşkil olunacağına inanırıq"