Azərbaycan İdman Akademiyası UEFA tərəfindən dəstəklənən beynəlxalq layihəyə qoşulub

Azərbaycan İdman Akademiyası UEFA tərəfindən dəstəklənən beynəlxalq layihəyə qoşulub

Azərbaycan İdman Akademiyası qadın futbolçular arasında zədələrin qarşısının alınmasına yönəlmiş beynəlxalq layihəyə qoşulub.

"QELEBE.AZ" xəbər verir ki, UEFA və UEFA Akademiyasının dəstəyi ilə həyata keçirilən təşəbbüs Mərkəzi və Şərqi Avropa ölkələrini əhatə edir.

Sözügedən layihənin rəhbəri Böyük Britaniyanın King’s College London ali təhsil müəssisəsinin və ASA-nın həkimlər üçün olan “İdman tibbi və reabilitasiya” magistr proqramının müəllimi Paulina Kloskovskadır. Akademiya tərəfindən layihənin koordinatorları isə Akademiyanın Tədris işləri üzrə prorektorunun müşaviri Zərifə Kamilova və İdman Tibbi Tədqiqatları Laboratoriyasının meneceri Rauf Əliyevdir.

Layihə Polşa Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində gerçəkləşir və qadın futbolunda zədələrin qarşısının alınması üzrə yerli ehtiyaclara uyğun elmi yanaşmaların inkişafını hədəfləyir.

Təşəbbüsdə Azərbaycanla yanaşı, Xorvatiya, Estoniya, Latviya və Sloveniya futbol federasiyaları da iştirak edir. Layihənin müşahidə və tövsiyə şurasında isə idman elmləri sahəsində beynəlxalq nüfuza malik mütəxəssislər – Kay Krossli, Coann Kemp, Andrea Bruder və Bruk Patterson yer alır.

Azərbaycan İdman Akademiyasının layihəyə tərəfdaş seçilməsi ölkənin idman təhsilinin beynəlxalq səviyyədə tanınmasının və qadın idmanının inkişafına töhfəsinin göstəricisi kimi qiymətləndirilir.

Layihə çərçivəsində qarşıdakı aylarda ilkin nəticələr və tədqiqat materialları ictimaiyyətə təqdim olunacaq.

Fərdi
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Fərdi
Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Eldəniz Əzizli: "Kapitan kimi üzərimə böyük iş düşürdü"

Fərdi
Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib