Azərbaycan Voleybol Federasiyası "Report"u təltif edib

Azərbaycan Voleybol Federasiyası "Report"u təltif edib

Azərbaycan Voleybol Federasiyası (AVF) 22 İyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün təşkil etdiyi görüşdə "Report" İnformasiya Agentliyini təltif edib.

"Report" xəbər verir ki, AVF prezidenti Şahin Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə media qurumlarını fərqləndirilib.

O, xüsusi hədiyyə və təşəkkürnaməni "Report"un idman şöbəsinin əməkdaşı Hidayət Qurbanova təqdim edib.

AVF prezidenti media nümayəndələrini özəl gün münasibəti ilə təbrik edib, onların il ərzində gördükləri işləri yüksək qiymətləndirib:

"Bizim bir sıra idman tədbirlərində media mənsubları ilə görüşlərimiz olur. Lakin budəfəki görüşün formatı fərqlidir. Jurnalistlər Azərbaycan Voleybol Federasiyasının və digər idman qurumlarının tədbirlərini yüksək səviyyədə işıqlandırırlar. Keçirilən yarışların beynəlxalq arenaya çatdırılmasında medianın böyük rolu var. Bütün media nümayəndələrinin bayramı mübarək olsun".

AVF-nin vitse-prezidenti Faiq Qarayev də öz növbəsində media işçilərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardınca AVF-nin ötən 1 il ərzindəki uğurlu işlərini əks etdirən videoçarx nümayiş olunub.

FOTO: Məhəmməd Ağayev

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi gümüş medal qazanıb

Fərdi
Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərid Qayıbov: "Addımlarımız səmərəli və qətiyyətli olmalıdır"

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Bir qızıl, bir bürünc medal qazanmış Azərbaycan gimnastı: “Finala çıxacağımı gözləmirdim”

Fərdi
İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

İsrailin cüdo millisinin baş məşqçisi: "Azərbaycanda hər şey çox gözəldir"

Fərdi
Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Milli Gimnastika Arenasında bölgə təmsilçilərinin iştirakı ilə məşqlər davam edir

Fərdi
Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Azərbaycan yığmasının boksçuları ölkə çempionatında yarımfinala yüksəliblər

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub