Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

“Ola bilsin ki, 2028-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Olimpiadada kikboksinq proqramda yer alsın”.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən “QELEBE.AZ”a verilən açıqlamaya görə, bunu federasiyanın I vitse-prezidenti Ramal Aslanov deyib.

Federasiya rəsmisi qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin keçirəcəyi digər yarışlarda da kikboksinqin təmsil olunması nəzərdə tutulur: "Kikboksinq tək Azərbaycanda yox, dünyada inkişaf etməkdədir. 2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarından sonra 2030-cu il analoji yarış üçün kikboksinqin də proqrama salınması müzakirə olunacaq. Bu barədə oktyabrın 3-də İtaliyada keçirilmiş WAKO-nun Baş Assambleyasında deyilib”.

O bildirib ki, İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatı Azərbaycan idmançıları üçün çox uğurlu keçib: “Bu il mötəbər yarışdakı nəticə ötənilkindən daha yaxşı olub. Kikboksinqin Azərbaycanda inkişafı göz qabağındadır. Ötən il Monteneqrodakı yeniyetmə və gənclərin Avropa çempionatında rekord sayda medal qazanmışdıq. Bu il o nəticəni yenilədik. Üstəlik, Monteneqrodakı yarışdan fərqli olaraq, bu, dünya çempionatı idi. Bildiyiniz kimi, dünya çempionatı daha prestijli, daha mötəbər yarışdır. Bu yarışda 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazandıq.

Sözügedən nəticə təkcə idmançı və məşqçilərin əziyyəti deyil, həm də federasiyanın fəxri prezidenti Adil Əliyevin illərdir çəkdiyi əziyyətin bəhrəsidir. O, yaxınlarda dünya çempionatında nəticə verən idmançıları qəbul edib məşqçiləri təbrik etdi. Federasiyanın prezidenti Orxan Əliyevin maddi və mənəvi dəstəyi, idmançılarla ayrı-ayrılıqda ünsiyyəti, onlarla maraqlanması da bu yerdə böyük rol oynayıb. O, ötən il dünya çempionu olmuş Anar Məmmədova federasiya adından avtomobil hədiyyə etdi. Bu da gənc idmançılara motivasiya verir. Onlar da Ramal Aslanov, Anar Məmmədov kimi böyüklərdə dünya çempionu olaraq mükafat qazanmaq istəyirlər. Kikboksinqdə 10 mindən artıq idmançının olması bu idman növünün Azərbaycanda populyar olmasının göstəricisidir".

R.Aslanov bildirib ki, gənclər arasında dünya çempionlarından bəzilərinin gələn ay Türkiyədə keçiriləcək böyüklərin Avropa çempionatına aparılması da nəzərdə tutulub: "Perspektivli gənclərimiz çoxdur. Biz orada kikboksinqin yeni ulduzlarını da gördük. Həmin idmançılardan bəzilərini 11-20 noyabr tarixlərində Antalyada keçiriləcək böyüklərin Avropa çempionatına aparmaq istəyirik. Bunun üçün ayın sonlarında onlar da seçimlərə qatılacaqlar. Gənclərdə dünya çempionlarının böyüklər arasındakı qitə çempionatında nəticə verəcəyinə inanıram".

Fərdi
MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

MOK-da Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Fərdi
Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Azərbaycan idmançısı məşhur video oyuna daxil edilib

Fərdi
Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Böyük Dəbilqə: Rəşad Nəbiyev qalibləri mükafatlandırıb - YENİLƏNİB-4

Fərdi
Azərbaycan idmançılarının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının 2022-ci ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın veteran güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək

Azərbaycan millisinin cüdoçusu dünya çempionatında iştirak etməyəcək