“Neftçi” Avropa Kubokunda növbəti matçına çıxır - YENİLƏNİR
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin H qrupunun ikinci turunda Latviyanın VEF (Riqa) klubu ilə qarşılaşacaq.
Görüş saat 19:00-da, “Sərhədçi” İdman Sarayında start götürəcək.
Qeyd edək ki, “Neftçi” ilk turda Yunanıstanın “Mikonos” komandasına 58:78 hesabı ilə məğlub olub.

https://mail.qelebe.az//uploads/photo/neftchi-avropa-kubokunda-novbeti-matchina-chixir-yenilenir.webp