"Milli Mətbuat - 150" minifutbol turnirinin qalibi müəyyənləşib

"Milli Mətbuat - 150" minifutbol turnirinin qalibi müəyyənləşib

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turnirinə yekun vurulub.

"Report"un bölgəyə ezam olunan müxbiri xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, “Avrora Qrup”un baş sponsorluğu və "Teleqraf" İnformasiya Agentliyinin informasiya dəstəyi ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası ilə qarşılaşıb. Oyun "Əkinçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan “Kaspi” komandası idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Kaspi"çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Kaspi", "Kəşkül" və "Əkinçi" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər. Mükafatları "Yurd.Media-nın baş redaktoru Murad Əliyev, İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov və "Avrora Qrup"un əməkdaşı Vasif Musayev verib.

Turnirin ən yaxşı qapıçısı "Kəşkül"ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə "Kaspi"nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.

Sonda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov qalib komandaya kuboku təqdim edib.

Turnirin ən yaxşı qapıçısı seçilən Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev yarışın hər kəs üçün xoş təsir bağışladığını bildirib: "Burada biz təkcə idman yox, jurnalistikanın bütün sahələrindən olan həmkarlarımızla birlikdə çox gözəl vaxt keçirdik. Maraqlı qarşılaşmalar, rəqabət və mübarizə oldu".

Yurd.Media-nın baş redaktoru Murad Əliyev isə bildirib ki, Milli Mətbuatın yaranmasının 150 illiyi ilə bağlı təşkil olunan bu turnirin ənənəvi olması üçün səy göstəriləcək: "Əsas məqsəd bölgə jurnalistləri ilə paytaxt media təmsilçiləri arasında əlaqələrin möhkəmlənməsidir".

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da turnirin gərgin və maraqlı alındığını vurğulayıb: "Milli Mətbuatın yaranmasının 150 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Təsadufi deyil ki, məhz Şamaxı Olimpiya İdman Kompleksində də mətbuat işçiləri arasında minifutbol üzrə turnir keçirildi".

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və "Qəbələ" İdman Klubunun təşkilatı dəstəyi ilə keçirilib.

Futbol
Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Futbol
Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

Məhəmməd Adıyev: "Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq"

Futbol
Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Çempionlar Liqası: "Çelsi" "Milan"a qarşı, "Dinamo" "Zaltsburq"la üz-üzə gələcək

Futbol
UEFA Rusiyaya təzminat ödəyib

UEFA Rusiyaya təzminat ödəyib

Futbol
La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

La Liqa: “Real Sosyedad” “Osasuna”ya qalib gəlib

Futbol
Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

Futbol
"Barselona" böyük məbləğdə cərimələnib

"Barselona" böyük məbləğdə cərimələnib

Futbol
Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Futbol
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

Futbol
Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”

Fariz Nəcəfov: “Avropa ölkələri irəliyə getdikcə biz yerimizdə saymağa məcburuq”