AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib

AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a agentliyin mətbuat xidmətindən məlumat verilib.

Müşahidə Şurasının 2025-ci ildə növbəti iclası Şura sədri, Milli Məclisin deputatı Nigar Arpadarainin sədrliyi ilə baş tutub.

2023-cü ilin oktyabrında yaradılmış Müşahidə Şurasının əsas məqsədi AMADA-nın fəaliyyətində şəffaflığın artırılması, hesabatlı idarəetmə mexanizmlərinin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin olunmasıdır.

İclasda AMADA-nın 2025-ci ilin ilk 6 ayı ərzində fəaliyyətinə dair təqdimat dinlənilib. Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək hesabatla bağlı ətraflı məlumat verib. O, hesabat dövründə həyata keçirilən tədbirlər, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat təqdim edib.

Müşahidə Şurasının üzvləri gündəlikdəki məsələlər üzrə fikir mübadiləsi apararaq bir sıra qərarlar qəbul ediblər. 2025-ci ilin ilk yarısına dair hesabat müzakirə olunub və əsas fəaliyyət istiqamətlərində müşahidə edilən müsbət dinamika xüsusi vurğulanıb. Qərara alınıb ki, mövcud dinamika qorunmalı və aparılan islahatların davamlılığı təmin olunmalıdır.

İclasda həmçinin AMADA-nın Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı ildə keçiriləcək Avropa üzrə illik simpoziumuna ev sahibliyi etmək təşəbbüsü də müzakirə olunub. Müşahidə Şurası bu təşəbbüsü Agentliyin beynəlxalq arenada fəaliyyətinin yeni və mühüm mərhələsi kimi qiymətləndirib. Bildirilib ki, bu addım Azərbaycanın qlobal antidopinq hərəkatında fəal iştirakını və təmiz idmana verdiyi önəmi nümayiş etdirir.

AMADA qarşıdakı dövrdə də şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi hədəfləyir. Müşahidə Şurası isə bu prosesə nəzarət və istiqamət verməklə öz töhfəsini əsirgəməyəcək.

Fərdi
Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Azərbaycan velosipedçisi haqqında film təqdim olunub

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Azərbaycan İdman Jurnalistləri İB ABF ilə birlikdə yazı müsabiqəsinə start verir

Fərdi
"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

"Formula 1": Maks Ferstappen həftəsonu ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirə bilər

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Şəki olimpiya idman kompleksində bir sıra təmir-bərpa işləri həyata keçirilib

Şəki olimpiya idman kompleksində bir sıra təmir-bərpa işləri həyata keçirilib

Fərdi
Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Şəhriyar Məmmədyarov: "Turnirdə tarix yazdım"

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”