Əmrah Çəlikəl: "Əli Koç "Qarabağ" və "Fənərbağça"ya fayda verə biləcək işbirliyinə hazırdır"

Əmrah Çəlikəl:  "Əli Koç "Qarabağ" və "Fənərbağça"ya fayda verə biləcək işbirliyinə hazırdır"

"Qarabağ"ın baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl ötən gün "Fənərbağça" klubunun prezidenti Əli Koçla baş tutan görüşlərindən danışıb.

Ağdam klubunun rəsmisi bu barədə "Report"a açıqlama verib.

O, Əli Koçun Bakıya gəlişinin səbəbinin futbolla bağlı olmadığını deyib:

"Cənab Əli Koç biznes işləri ilə əlaqədar Bakıya təşrif buyurmuşdu. Bu səbəbdən görüşümüz qısa çəkdi. O, çox səmimi danışdı və Azərbaycana olan sevgisindən bəhs etdi. Söhbətimiz maraqlı alındı. Gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olundu. Bununla bağlı lazımi işlər görüləcək və daha sonra ictimaiyyətə açıqlama veriləcək".

Ə.Çəlikəl "Qarabağ" və "Fənərbağça" klubları arasında yoxlama görüşünün keçirilməsinin hər zaman gündəmdə olduğunu vurğulayıb:

"Bu məsələ həmişə müzakirə mövzusudur. Lakin hər iki kollektivin qrafiki sıx olduğu üçün bu istəyi reallaşdırmaq asan deyil. Müəyyən ideyalar var və onları həyata keçirməyi planlaşdırırıq. Görüş zamanı Əli Koçun "Qarabağ" və "Fənərbağça"ya fayda verə biləcək işbirliyinə hazır olduğunu gördük. Hazırda razılaşdırılmış bir layihə yoxdur. Lakin hər iki komanda öz tərəfində müəyyən hazırlıq işləri aparacaq və gələcəkdə əməkdaşlıq məsələləri yenidən danışılacaq".

Klub rəsmisi son olaraq yaxın günlərdə "Qarabağ"ın yeni transferlərini açıqlayacağını bildirib:

"İki gün əvvəl yeni transferimizi ictimaiyyətə bildirdik. Yeni oyunçuların gəlişi mütləq olacaq. Azarkeşlərin bunu maraqla gözlədiyini bilirik. Yaxın müddətdə başqa transferləri də açıqlayacağıq".

Qeyd edək ki, Əli Koçla görüşdə "Qarabağ"ın İdarə Heyətinin digər üzvü Asif Əsgərov da iştirak edib. Görüşün sonunda "Fənərbağça"nın prezidentinə Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub.

Futbol
Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Uruqvaylı hücumçu La Liqanın tarixinə düşüb

Futbol
"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

"Mançester Siti" Erlinq Holanna yeni müqavilə təklif edəcək

Futbol
Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Türkiyədə futbolçuları daşıyan mikroavtobus aşıb

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

UEFA Ukrayna millisinin baş məşqçisini cərimələyib

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

İlin ən yaxşı məşqçisi adına namizəd millidən gedib

Futbol
Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Məhəmməd Adıyev: “Azərbaycana məğlubiyyət mənim üçün ağırdır"

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

Futbol
"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider olub

Futbol
Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb