"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Oyunçularımı təbrik edirəm. Belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil".

"Report"un məlumatına görə, bunu Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis gələcəyə ümidli baxdıqlarını bildirib: "Komandadakı durumu görürsünüz. Bu vəziyyətdən birlikdə çıxmağa çalışacağıq. Bəzi itkilərimiz var. Yann MVila ağrılarla oynayırdı".

Qonsales "Qarabağ"ın baxımlı oyun sərgilədiyini vurğulayıb: "Yəqin ki, azarkeşlər də öz komandalarının oyunundan zövq aldılar. Həmişə dolu tribunalar önündə çıxış etmək xoşuma gəlib".

Baş məşqçi Yunanıstanda 0:3 hesabı ilə uduzduqları III tur matçını xatırladıb: "Həmin nəticə amansız oldu. Məğlubiyyəti haqq etmirdik. Evdəki görüşdə hər səhv edəndə qapımızda qol gördük. Hücumda bir çox alternativi olan komandaya qarşı oynadıq. Onlardan topu almaq və dominantlıq etmək asan deyil".

Futbol
PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

PSJ-nin prezidenti: "Messi komandada qalmaq istəyir"

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

Futbol
Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Futbol
Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

"Nant"ın futbolçusu: "Qarabağ" çox yaxşı komandadır"

Futbol
"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

"Bavariya" Çempionlar Liqasında yeni rekorda imza atıb

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Futbol
PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb