Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib

Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib

Gənclər və İdman Nazirliyi, Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun 28-ci beynəlxalq memorialına start verilib.

"QELEBE.AZ" xəbər verir ki, açılış mərasimində çıxış edən AAF-ın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda misilsiz xidmətlərindən danışaraq yüksək statuslu memorialın iştirakçılar üçün nufuzlu yarışlar öncəsi mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan və Tacikistandan ümumilikdə 70-ə yaxın idmançı mübarizə aparır.

Memorialın ilk günündə kişilər arasında nüvə itələmə yarışında qalib olan İsmayıl Əliyev 17.50 metr nəticə göstərərək 1961-ci ildən bəri Zaur Sadıxova məxsus olan Azərbaycan rekordunu yeniləyib. Bu növdə qadınlar arasında Səkinə Hacızadə bütün rəqiblərini qabaqlayıb. Üç təkanla tullanmada Nazim Babayev və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

100 metr məsafəyə qaçışda müvafiq olaraq kişilər və qadınlarda Əlhəm Nağıyev və Fəridə Rzayeva, 400 metrdə Novruz Əsədli və Lamiyə Vəliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli memorialın qalibi olub. 4x100 metr estafetdə kişilərdə Oqtay Xudiyev, Ruslan Klyukov, Yusuf Abdullayev,Vladimir Borisov, qadınlarda isə Safiya Kərimova, Ləman İsfəndiyarova, Lamiyə Vəliyeva, Fəridə Rzayeva baş mükafatları qazanıblar.

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Şəhriyar Məmmədyarov Şuşa turnirindəki qələbəsini şəhidlərə həsr edib

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb

Fərdi
Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Azərbaycanın bədii gimnastları Tbilisidə 11 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıblar

Fərdi
Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Radik İsayev və 2 taekvondoçu yığmaya çağırılmır: "Hazırda havada qalmışıq"

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Fərdi
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib