“Səbail”in futbolçusu: “Argentina – Fransa finalı izləyəcəyik”

“Səbail”in futbolçusu: “Argentina – Fransa finalı izləyəcəyik”

“Düşünürəm ki, Argentina – Fransa finalı izləyəcəyik və çempionu bu komandalar öz aralarında müəyyənləşdirəcəklər”.

Bunu “Report”a açıqlamasında “Səbail”in futbolçusu Emil Martinov Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsindəki cütlükləri dəyərləndirərkən deyib.

Bolqarıstanlı yarımmüdafiəçi DÇ-2022-nin yarımfinalında bu gün Argentina ilə üz-üzə gələcək Xorvatiya millisini dəstəklədiyini bildirib. Ancaq o, həm xorvatların, həm də sabah digər yarımfinal cütündə Fransa ilə qarşılaşacaq Mərakeşin finala çıxacağına inanmır: “Qətərdəki dünya çempionatı çox maraqlı keçir. İstər qrupda, istərsə də ondan sonrakı mərhələlərdə gərgin oyunlar oldu. Gözəl turnir alınır. Balkan xarakterinə görə Xorvatiya yığmasını çox bəyənirəm. Ancaq nə onları, nə də Mərakeşi finalda görürəm”.

31 yaşlı orta sahə oyunçusu Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Sabah” üzərində qazandıqları 3:2 hesablı qələbəni də dəyərləndirib. Martinov yarımfinala adlamaq şanslarını yüksək qiymətləndirib: “Sabah”la ilk oyunu çox yaxşı keçirdik. Üç qol vurduq, hətta daha çoxunu vura bilərdik. Bir neçə imkanı dəyərləndirə bilmədik. Təəssüf ki, son dəqiqələrdə qapımızdan iki top buraxdıq. Amma ümumilikdə uğurlu çıxış etdiyimizi düşünürəm. Ümumiyyətlə, matçlara qələbə üçün çıxırıq. Hər gün də oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Cavab qarşılaşmasında da ilk görüşdəki performansımızı davam etdirsək, yarımfinala vəsiqə qazanmaq şansımız yüksək olacaq”.

Bolqarıstanlı futbolçu hazırda Premyer Liqada 8-ci pillədə qərarlaşan komandasının cari mövsümdəki zəif çıxışını yayda heyətin tamamilə dəyişməsi ilə əlaqələndirib: “Yeni komandayıq, uyğunlaşmaq üçün zamana ehtiyacımız var. Ümumi nəticələr ürəkaçan görünməsə də, hər oyunda komandada irəliləyiş görürəm”.

Futbolçu bildirib ki, 2018-2019 mövsümündə heyətində Premyer Liqanın bürünc medalını qazandığı “Səbail”in hazırkı kollektivdən ciddi bir fərqi yoxdur: “Dörd il əvvəlki “Səbail”lə indikini müqayisə etmək çətindir. Düzdür, həmin vaxt komanda mövsümü üçüncü pillədə başa vurmuşdu. Amma məncə, səviyyə eynidir”.

Futbol
Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Qurban Qurbanov: "Əsl kubok matçı idi"

Futbol
Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Neymar Braziliyadakı prezident seçkilərində səs verə bilməyib

Futbol
Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Gəncədə qəzalı vəziyyətdə olan şəhər stadionunun təmirə ehtiyacı var

Futbol
FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

FIFA Qətərdəki stadionların azarkeş tutumu ilə bağlı çaşqınlığa aydınlıq gətirib

Futbol
"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Futbol
Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Blaqoya Milevski Azərbaycan millisini keyfiyyətli komanda adlandırıb

Futbol
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Futbol
Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Mahir Emreli: "Səhvlərimizi təhlil etməliyik"

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyununun biletləri satışa çıxarılıb

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

"Olimpiakos"un baş məşqçisi: "Kim olduğumuzu göstərməyin vaxtıdır"

Futbol
"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

"Sabah"ın məşqçisi: "Realizasiya yaxşı deyildi"

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub