“Xankəndi” klubunun rəsmisi: "Hədəfimiz AFFA Region Liqasının finalında oynamaqdır"

“Xankəndi” klubunun rəsmisi: "Hədəfimiz AFFA Region Liqasının finalında oynamaqdır"

“Xankəndi” klubu AFFA Region Liqasının finalında oynamağı hədəfləyib.

Bunu “Report”a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Vasif İsmayılov deyib.

O, 1/8 finalda qarşılaşacaqları “Topçular” komandası haqqında ətraflı məlumata malik olmadıqlarını söyləyib:

“Çinar Zəngilan” və “Şirvan” finala gedən yolda əsas rəqiblərimizdir. Ümid edirəm ki, yaxşı oyun göstərərik və finala vəsiqə qazanmaq nəsib olar. “Topçular”la oyuna ciddi hazırlaşmışıq. 1/8 final bir oyundan barətdir, üstəlik, rəqib haqqında informasiyamız yoxdu deyə, işimiz çətindir. Buna baxmayaraq, bir hədəfimiz var və finalda oynamaq istəyirik”.

Klub rəsmisi çempionatda iştirak edən bir neçə komadanı xüsusi fərqləndirib:

“Çinar Zəngilan”, “Şirvan”, “Marafon” yaxşı komandalardır. Finalda bu kollektivlərdən biri ilə qarşılaşa bilərik. Xüsusən də “Çinar Zəngilan”ı qeyd etmək istərdim, güclü rəqibdir”.

O, “transfer pəncərəsi” bağlanana qədər heyətə iki futbolçu dəvət etmək istədiklərini bildirib:

“Futbolçuların adlarını çəkmək istəmirəm, amma danışıqlar gedir. “Transfer pəncərəsi”nin bağlanmasına az vaxt qalıb. Həmin futbolçuları heyətimizə qatmağa çalışırıq. Onlarla razılıq əldə etmişik. Sadəcə, klubları ilə ortaq məxrəcə gəlmək qalıb. Bu transferləri həyata keçirə bilsək, 1/8 final matçına çıxacaqlar”.

Qeyd edək ki, “Xankəndi” AFFA Region Liqasının 1/8 finalında “Topçular”la qarşılşacaq. Pley-off mərhələsi bir oyundan ibarət olacaq.

Futbol
“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

“Neftçi”nin baş məşqçisi 5 matçlıq cəzalanıb

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq

Futbol
Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Futbol
Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Premyer Liqa: "Sumqayıt" qələbə sayəsində son pillədən xilas olub

Futbol
“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

“Turan Tovuz” qış toplanışını Türkiyədə keçirəcək

Futbol
Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa oyunlarına vəsiqə qazanıb

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

Futbol
“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

“Qarabağ” və “Sumqayıt”ın kapitanları Premyer Liqada yubiley oyununu keçirib

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi ola bilər

Futbol
Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Yubiley oyununda futbolçular arasında kütləvi dava olub

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib