AGF nümayəndəsi: "Ümidvaram ki, gimnastlarımız Dünya Kubokunda əllərindən gələnin ən yaxşısını edəcəklər"

AGF nümayəndəsi: "Ümidvaram ki, gimnastlarımız Dünya Kubokunda əllərindən gələnin ən yaxşısını edəcəklər"

Ümidvaram ki, idmançılarımız əllərindən gələnin ən yaxşısını edəcəklər.

"QELEBE.AZ" xəbər verir ki, bunu idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Fatimə Şəfizadə deyib.

O, yarışla bağlı ümumi fikirlərini bölüşüb:

"Dünyanın müxtəlif ölkələrindən həm kişi, həm də qadın gimnastlar yarışacaqlar. Olimpiadadan sonrakı il olduğu üçün 19 ölkə kifayət qədər yaxşı göstəricidir. Oksana Çusovitina kimi tanınmış gimnastlar Bakıdadır".

AGF nümayəndəsi şansları dəyərləndirib:

"Bu idmandır. Ümidvaram ki, idmançılarımız əllərindən gələnin ən yaxşısını edəcəklər. Ən əsası odur ki, yarışda zədəsiz və sağlam şəkildə iştirak etsinlər".

Qeyd edək ki 19 ölkə gimnastlarının qatıldığı Dünya Kubokuna martın 9-da yekun vurulacaq. Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər. Yekunda ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Fərdi
Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Avropa Kuboku: Azərbaycan komandaları növbəti qələbələrini qazanıb

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Fərdi
Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub