"Sərhədçi"nin aparıcı basketbolçuları "Sabah"la oyunu buraxacaqlar

"Sərhədçi"nin aparıcı basketbolçuları "Sabah"la oyunu buraxacaqlar

"Sərhədçi" Azərbaycan Basketbol Liqasında "Sabah"a qarşı keçirəcəyi XVI turun oyununa ciddi itkilərlə çıxacaq.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə baş məşqçi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis NTD-yə 84:83 hesabı ilə qalib gəldikləri matçdan sonra ara vermədən növbəti görüşə hazırlaşdıqlarını bildirib:

"Cəmi bir gün istirahətdə oldu. Daha sonra məşqlərimizi davam etdirdik. “Sabah”ın çox güclü komanda olduğunu bilirik. Yaxşı məşqçi ilə meydanda özlərini göstərməyi bacarırlar. Yeni transferlərlə daha da gücləndiklərini deyə bilərik. Biz də onların güclü və zəif tərəflərini öyrəndik, ona uyğun çalışdıq. Qalibiyyət üçün əlimizdən gələni edəcəyik. Amma əsas oyunçularımızdan Milenko Velikoviçin belində ağrılar yarandı. Böyük ehtimalla oynaya bilməyəcək. Eyni zamanda, Antonio Uliyamsın da yüksək temperaturu var".

O, həkimlərdən xəbər gözlədiklərini söyləyib:

"Ümid edirəm ki, onlar meydana çıxa biləcəklər. Marlon Teylor da sağ biləyindən zədələnib və müalicəsi davam edir. Üç önəmli basketbolçumuz olmayacaq. Ümid edirəm ki, digər oyunçularımızla matçı qazana biləcəyik”.

Qeyd edək ki, bu gün baş tutacaq "Sərhədçi" - "Sabah" oyunu saat 19:00-da başlayacaq.

Komanda
Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Şuşa komandası voleybol çempionatına qələbə ilə start verib

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda Avstriya komandası ilə qarşılaşacaq

Komanda
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Komanda
Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Komanda
Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Azərbaycanın polo yığması ABŞ-la heç-heçə edib

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Azərbaycan təmsilçisi Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Azərbaycan təmsilçisi Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib