İngiltərə Premyer Liqası: “Qudison Park”dakı sonuncu Mersisayd derbisi dramatik sonla bitib

İngiltərə Premyer Liqası: “Qudison Park”dakı sonuncu Mersisayd derbisi dramatik sonla bitib

İngiltərə Premyer Liqası XV turunda “Everton” “Liverpul”u qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, baş hakim Maykl Oliverin idarə etdiyi matç “Qudison Park”da baş tutub.

Növbəti mövsümü yeni meydanda – “Everton Stedium”da keçirəcək “mavilər” üçün “Qudison Park”dakı son Mersisayd derbisi xüsusilə əlamətdar olub. Oyunda hesabı Devid Moyesin yetirmələri açıb: 11-ci dəqiqədə Beto Carred Brantueytin ötürməsindən maksimum yararlanıb. Lakin ev sahiblərinin sevinci çox çəkməyib: cəmi beş dəqiqə sonra Aleksis Mak Allister Məhəmməd Salahın dəqiq ötürməsindən sonra topu başla Pikfordun qoruduğu qapıya göndərib. Bərabər mübarizə şəraitində keçən birinci hissədə başqa qol qeydə alınmayıb – 1:1. Kobud oyunla yadda qalan ilk yarıda Oliver ümumilikdə beş dəfə əlini cibinə atıb.

Oyunun ikinci hissəsində, 73-cü dəqiqədə, “qırmızılar”ın bombardiri Salah komandasının hücumunu məntiqi sonluğa çatdırıb – 1:2. Bununla belə, təzyiqi artıran “mavilər” əlavə edilmiş 8-ci dəqiqədə istəklərinə nail olublar: Ceyms Tarkovski tarazlığı bərpa edərək yekun hesabı müəyyənləşdirib – 2:2.

Oyundan sonra futbolçular arasında qarşıdurma baş verib. “Everton”dan Abdulay Dukure, “Liverpul”dan isə Körtis Cons ikinci dəfə xəbərdarlıq edilərək qırmızı vərəqə alıblar. Bundan başqa, baş hakim “qırmızılar”ın baş məşqçisi Arne Slota da qırmızı vərəqə göstərib.

Qeyd edək ki, hələ ötən ilin dekabrında keçirilməli olan bu matç əlverişsiz hava şəraiti ilə əlaqədar ertələnmişdi.

Beləliklə, 24 oyundan sonra “Liverpul”un 57 xalı var. Çempionatın şəriksiz liderinin ən yaxın təqibçisi 50 xala malik “Arsenal”dır.

“Everton” isə eyni sayda oyundan sonra 27 xala malikdir və bu heç-heçə ilə 15-ci pilləyə yüksəlib.

Futbol
Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Azərbaycan və Qazaxıstan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Futbol
Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Peşəkar Futbol Liqasında yeni departament yaradılıb

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

"Nant"ın iki futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

"Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb

Futbol
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

Futbol
“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

“Qəbələ”nin futbolçusu: “Milliyə niyə çağırılmamağım özümə də maraqlıdır”

Futbol
Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib

"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib