"Səbail"in Antalyadakı rəqiblərindən biri müəyyənləşib
"Səbail"in Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
"Report"un məlumatına görə, "dənizçilər" Serbiyanın "Spartak" klubu ilə qarşılaşacaq. Görüş yanvarın 16-na planlaşdırılıb.
Superliqada mübarizə aparan Subotitsa təmsilçisi 19 turdan sonra 18 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Səbail" klubu hələlik qış təlim-məşq toplanışı ilə bağlı planını açıqlamayıb.

https://mail.qelebe.az//uploads/photo/sebailin-antalyadaki-reqiblerinden-biri-mueyyenleshib.webp











