Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Səbail" arasında baş tutacaq. Hazırda "sarı-göylər" 5 xalla 8-ci, "dənizçilər" isə 10 xalla 7-cidir.

İki komanda indiyədək ölkə çempionatında 5 dəfə qarşılaşıb. Bunların birində bölgə, 3-də paytaxt təmsilçisi qələbə qazanıb. Bir görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Mahmud Qurbanovun baş məşqçi olduğu komandanın üstünlüyü var - 10:6.

"Səbail" bütün oyunlarda qol vurub. "Kəpəz"in meydanındakı matçlarda hər iki komanda fərqlənib.

Digər matçda isə 19 xalla 4-cü sırada olan "Zirə" 22 xalla özündən bir pillə yüksəkdə qərarlaşan "Neftçi"ni qəbul edəcək.

Bu, komandaların Premyer Liqadakı 28-ci dueli olacaq. Əvvəlki görüşlərin 12-si "qartallar"ın, 8-i "ağ-qaralar"ın xeyrinə başa çatıb. 7 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində isə Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv bir addım öndədir - 29:28.

“Zirə” son 5 oyunda qol vurub. “Neftçi” son 6 səfərdən yalnız birində fərqlənə bilib.

Azərbaycan Premyer Liqası

XII tur

29 oktyabr (şənbə)

15:00. "Kəpəz" – "Səbail"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
Gəncə şəhər stadionu.

17:30. "Zirə" – "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, açılış oyununda "Turan Tovuz" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Gənclər və İdman Nazirliyi AFFA-nın əməkdaşlarına fəxri ad verib

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

Futbol
"Barselona" La Liqanı məhkəməyə verib

"Barselona" La Liqanı məhkəməyə verib

Futbol
"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

Futbol
Avropa Liqası: "Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci olub

Avropa Liqası: "Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci olub

Futbol
“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

“Mançester Siti” 63 illik rekordu təkrarlayıb

Futbol
Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Futbol
Lui van Qal Niderland yığmasını tərk edir

Lui van Qal Niderland yığmasını tərk edir

Futbol
Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Vild-Donald Gerye: “Qarabağ” bütün rəqiblərinə Bakını cəhənnəmə çevirir”

Futbol
Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"