Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

Rusiyalı mütəxəssis Azərbaycan futbolunun çatışmazlıqlarından danışıb

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan futbolunun çatışmazlıqlarını açıqlayıb.

"QELEBE.AZ"un məlumatına görə, 40 yaşlı mütəxəssis "Match TV"yə müsahibəsində infrastruktur və azarkeş amilini qabardıb.

O, Azərbaycan Premyer Liqası ilə müqayisədə Rusiyada çempionatın səviyyəsinin daha yuxarı olduğunu bildirib: "Tamaşaçı sayında da fərq nəzərə çarpır. Həm də Rusiyanın daha yaxşı infrastrukturu var, dünya çempionatından sonra yaxşı stadionlar qalıb. Azərbaycanda isə bu, bir az zəifdir. Amma burada hər şey yaxşılığa doğru dəyişir. İnfrastruktur yaxşılaşır, matçlara daha çox azarkeş gəlir. Digər əsas fərq çempionatda 10 komandanın olmasıdır. Hansısa klubla kubokda qarşılaşsan, çempionat ərzində həmin kollektivə qarşı 6 dəfə oynaya bilərsən. Bu da yaxşı hal deyil".

Rusiyalı mütəxəssisin sözlərinə görə, "Sabah"a yeni gələndə çempionatda daha açıq matçlar olurdu: "İndi hamı bizə qarşı 5-6 müdafiəçi ilə çox yaxın oynamağa çalışır. Bu, sanki Rusiyada "Ufa" ilə oyunları xatırladır".

Musayev Azərbaycanda qazandığı təcrübədən məmnun olduğunu vurğulayıb: "Güclü komandaların və məşqçilərin toplaşdığı maraqlı çempionatdır. Hamı "Qarabağ"ı yaxşı tanıyır. Artıq 8 ildir avrokubokların qrup mərhələsində çıxış edirlər və ardıcıl ikinci dəfə pley-offa vəsiqə qazanıblar. Başqa maraqlı klublar da var. Bu təcrübəni yaşadığım, çağırışı qəbul etdiyim üçün şadam".

Komandasının avrokuboklara düşmək şanslarını da dəyərləndirən baş məşqçi bunları deyib: "Bəli, şansımız var. Amma qarşıda bizi hələ mövsümün ikinci yarısı gözləyir. İndi təlim-məşq toplanışında yaxşı işləmək və çempionatın qalan hissəsini də yüksək səviyyədə keçirmək vacibdir".

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

UEFA növbəti dəfə "Qarabağ"ı fərqləndirib

Futbol
Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Xavi: “Çempionlar Liqasında davam etməyə layiq deyilik”

Futbol
"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

Futbol
İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşiblər

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Futbol
Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Renat Dadaşov: "Qələbə qazandığımız üçün çox şadam"

Futbol
Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Futbol
Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”;n baş məşqçisi təyin olunub